KİVDF jurnalistləri mükafatlandırdı

0
135

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KIVDF) 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Dünən keçirilən mükafatlandırılma mərasimində KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, noyabrın 13-dən dekabrın 15-dək davam edən müsabiqəyə 156 yazı daxil edilib: “Bu yazılar 60 KİV-i əhatə edir. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Elan etdiyimiz 19 istiqamətin hər biri üzrə 6 jurnalist qalib elan edilib. Ümumilikdə 114 qalib elan edilməli idi. Lakin bir istiqamətdə 5 yazı daxil edilmişdi, sözsüz, onların hər biri qalibdir, ona görə də yekunda qaliblərin sayı 113 oldu. Məni sevindirən hal bu idi ki, regionlarımızda fəaliyyət göstərən jurnalistlərimiz də müsabiqəyə qatılıb”. Mükafatlandırılanlar arasında “Zaman-Azərbaycan” qəzetinin əməkdaşları Qvami Məhəbbətoğlu və Nicat İntiqam da var.

Bundan başqa, 2009-cu ildən 2015-ci ilin iyulunadək KİVDF-nin elan etdiyi müsabiqələrdə qalib gələn jurnalistlərin yazıları içərisində ən yaxşı 100 yazıdan ibarət kitab çap olunub. Sözügedən kitabda yuxarıda adları çəkilən əməkdaşlarımızın yazıları da dərc edilib.