Rusiyanın hədəfinə tuş gələn təyyarələr

0
428

Rusiya və Türkiyə arasında baş verən təyyarə hadisəsi ilə bağlı iki ölkə arasında soyuqluq davam edir. Rusiya Türkiyənin üzrxahlıq etməsini istəyir, Türkiyə isə Rusiyaya aid olan təyyarənin vurulmasının səhv olmadığını deyir. Türkiyənin “Zaman” qəzetinin xəbərinə görə, 1976-cı ildə də bu iki ölkə arasında təyyarə problemi yaşanıb. İğdırın sərhədində Türk Hava qüvvələrinə məxsus RF-5A tipli kəşfiyyat təyyarəsi, 24 avqust 1976-cı ildə SSRİ tərəfindən xəbərdarlıq edilmədən vurulub.

Türkiyədəki mütəxəssislərin sözlərinə görə, əvvəllər SSRİ, sonra isə Rusiya, yaxın keçmişdə Türkiyəyə aid təyyarələri vurublar. Rusiyaya aid SU-24 tipli təyyarə, Türkiyənin hava sərhədlərini pozduqdan sonra, dəfələrlə xəbərdarlıq edilərək vurulub. 22 iyun 2012-ci ildə Türkiyəyə aid RF-4E tipli təyyarə Aralıq dənizində beynəlxalq hava məkanında vurulmuşdu. 2 Türk pilotun şəhid olduğu hadisə araşdırıldıqdan sonra təyyarənin vurulduğu mərminin Rusiya istehsalı olduğu məlum oldu. Türkiyə məhz bundan sonra ərazidəki strategiyasını yenidən nəzərdən keçirərək dəyişdirmişdi.

Rusiyanın vurduğu digər təyyarələr

1 sentyabr 1983: Nyu York JFK hava limanından Seula üçan Koreya Hava Yollarına məxsus 007 sərnişin təyyarəsi səhvən SSRİ hava məkanına daxil olmuşdu. 240 sərnişin və 29 ekipaj üzvü olan təyyarə, Rusiyaya məxsus SU-15 qırıcı təyyarə tərəfindən vuruldu. Hadisədə 269 nəfər həyatını itirmişdi. SSRİ hadisədən bir həftə sonra təyyarəni vurduqlarını etiraf etmişdi. Rusiya, vurduğu təyyarənin casusluq məqsədilə SSRİ ərazisinə daxil olduğunu iddia edərək kədərləndiklərini bildirmişdi. SSRİ vurduqları təyyarəyə görə üzr istəmədi. Təyyarənin qara qutusu isə SSRİ dağılandan sonra 1993-cü idə Cənubi Koreyaya verildi.

14 iyun 2014: Ukraynaya məxsus İlyuşin II-76MD tipli nəqliyyat təyyarəsi, Luqansk şəhərindəki Rus separatçılar tərəfindən eniş üçün yaxınlaşanda vurulmuşdu. 40 nəfəri paraşütçü, 9-u ekipaj üzvü olan təyyarədəki insanlardan sağ qalan olmadı. Rusiya Ukraynadan üzr istəmədi.

17 iyul 2014: Amsterdamdan Kuala Lumpura gedən Malaziya Hava Yollarına aid Boinq 777 tipli təyyarə Ruisya tərəfindən vurulmuşdu. 283 sərnişin və 15 ekipaj üzvü olan təyyarə Donetsk bölgəsində yerdən təxminən 10 min metr hündürlükdə uçarkən Rusiyanın mərmisinə tuş gəlmişdi. Baş verən hadisə dünyada şok təsiri yaratdı. Ukrayna və Rusiya bir-birlərini günahlandırdığı hadisəni, Hollandiyalı mütəxəssislər araşdırmışdı. Araşdırmanın nəticəsinə görə, qəza ilə baş verən hadisə yerdən səmaya atılan mərmi ilə vurulmuşdu.