Ermənistan boşalır…

0
460
Ermənistanı tərk edənlərin sayı artır. Bununla bağlı ölkə kommunistləri həyəcan təbili çalıblar.
Belə ki, aparılan araşdırmalar göstərib ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 mln. nəfər azalacaq. 2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 mln. nəfərə çatacaq.

Ermənistan kommunistlərinin nümayəndəsi Taçat Sarkisyan bildirib ki, respublika əhalisinin sürətlə qocaldığı 91 ölkə arasında 51-ci yeri tutur. Onun sözlərinə görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50%-i xaricə köçmək istəyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here