Dünyanın bütün ölkələri üçün etibarlı qaydalar

0
410

Səyahət axtarış saytı olan “Momondo” ənənəvi həyata keçirdiyi “İllik uçuş araşdırması”nın bu ilki nəticələrini açıqlayıb.

Araşdırma çərçivəsində dünyada ən çox seçilən 100 rotadakı 12,6 milyon uçuş analiz edilib. Səyahət həvəskarlarına əhəmiyyətli dərəcədə qənaət əldə etmə imkanı təqdim edən nəticələrdən ən maraqlısı isə belədir: biletinizi təxminən 2 ay əvvəl alın. Marja xəbər verir ki, araştırmaya görə, qiyməti ən münasib biletləri əsasən səyahət tarixindən 53 gün öncə əldə etmək olur. Belə bilet alanlar uçuş günü bilet alanlara nisbətən təxminən 26 faiz qazanc əldə edirlər. Biletlərin ən ucuz olduğu gün çərşənbə axşamıdır. Uçuş qiymətləri həftənin hansı günündə səyahət edəcəyinizə görə də müxtəlifdir. Ən ucuz uçuşlar çərşənbə axşamına təsadüf etdiyi halda, şənbə günlərinin ən bahalı gün olduğu qeyd edilir. Bu iki gün arasındakı qiymət fərqi isə təxminən 12 faizə yaxındır.

Araştırmaya görə, bir başqa vacib cəhət saat seçiminin qiymətlərə təsiridir. “Momondo”nun “İllik uçuş araştırması”na əsasən, axşam saatlarında, başqa sözlə, 18.00 – 24.00 vaxtları arasında uçmaq ən uyğun seçimdir. Bu saatlarda yola çıxanlar günorta vaxtı, yəni 10.00 – 15.00 saatlarında uçanlara nisbətən 6 faiz daha az pul xərcləyirlər.

Araştırmanın nəticələrini qiymətləndirən “Momondo”nun baş direktoru Pia Vemmelund isə bunları deyib: “Səyahət həvəskarlarına ən uyğun qiymətli uçuşları bilmək üçün araşdırmanın ortaya çıxardığı qızıl qaydaları bilmələrini tövsiyə edirik. Qənaət etmək və səyahət xərclərini azaltmaq istəyənlər, daha tez rezervasiya etdirərək, həmçinin çərşənbə axşamı günləri və axşam saatlarında uçaraq böyük nisbətdə mənfəət edə bilərlər. Üstəlik, bu qaydalar, dünyanın demək olar ki, bütün ölkələri üçün etibarlıdır”.