“Qisas almadan ölmə…” Tbilisidə

0
569

Gürcüstanın paytaxtında keçirilən kinofestivalda Xalq artisti, tanınmış rejissor Oqtay Mir Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmi nümayiş olunub.

Tbilisidəki İncəsənət Universitetində keçirilən təqdimatda çıxış edənlər rejissorun yaradıcılığından söz açıblar, “Qisas almadan ölmə…” filmi haqqında fikirlərini bölüşüblər.

Oqtay Mir Qasımçıxış edərək filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib.Qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.