Pentaqonun içində lift yoxdur

0
320
Pentaqon – ABŞ Müdafiə Nazirliyinin düzgün beşbucaqlı formasındakı binasına verilən addır. 
Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşir. Ölçülərinə və sahəsinə görə dünyanın ən böyük ofis binasıdır. Ofislərinin sahəsinə görə Pentaqon Nyu-Yorkda yerləşən “Empayr Steyt” binasından iki qat böyükdür. Bina “Hell’s Bottom” (Cəhənnəmin dibi) adlı bir məhəllənin üstündə tikilib. Soyuq müharibə dövründə “Sıfır nöqtəsi” olaraq xatırlanan Pentaqonun içində gəzmək belə idman sayılır. Çünki sadəcə, dəhlizləri ümumilikdə 28.2 kilometr uzunluğundadır. 1943-cü ildən bəri, yəni Pentaqon ilk açıldığı gündən etibarən yalnız bir dəfə təmir edilib. Bu təmir 17 il davam edib və 2011-ci ildə tamamlanıb. Bütün bu işlərə 4,5 milyard dollar xərclənib. Yerin altında 2, yerin üstündə isə 5 mərtəbə olmaqla, cəmi 7 mərtəbədən ibarətdir. Memarlar binanı Potomak çayının arxasından paytaxtın mənzərəsini pozmaq istəmədikləri üçün qısa formada dizayn ediblər. Pentaqonun içində lift yoxdur. Buna görə də mərtəbələr arasında hərəkət üçün keçidlərdən istifadə edilir.