“Qəbələ” “Apollon”u məğlub etdi

0
336

Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib.

Bakıda keçirilən qarşılaşma “Bakcell arena”da baş tutub.

Səfərdə 1:1 hesablı heç-heçəyə nail olan “Qəbələ” ev oyununa üstünlüklə çıxmışdı. Belə ki, səfərdə qol vuruğu üçün təmsilçimizi 0:0 hesablı heç-heçə də qane edirdi.

Oyuna aktiv başlayan təmsilçimiz çoxsaylı cəhdlərinə baxmayaraq ilk hissədə hesabı aça bilmədi. İkinci hissədə də təzyiqi davam etdirən Roman Qriqorçukun yetirmələri nəhayət sona 10 dəqiqə qalmış istəyinə çata bildi. İlk oyunun qəhrəmanı Cavid Hüseynov bu dəfə də penaltidən fərqləndi.

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı son dəqiqələrdə rəqibin ardıcıl bir neçə zərbəsinin qarşısını alaraq hesabın bərabərləşməsinə imkan vermədi. Oyunun 89-cu dəqiqəsində Ürfan Abbasov qırmızı vərəqə ilə cəzalandırılmasından sonra meydanda azlıqda qalan “Qəbələ” qələbəni sonadək qoruya bildi. Beləliklə, qarşılaşma 1:0 hesabı ilə “Qəbələ” komandasının qələbəsi ilə yekunlaşıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

 

“Qəbələ” (Azərbaycan) – “Apollon” (Limassol, Kipr) – 1:0

Qol: Cavid Hüseynov, 80 (pen.)

 

Baş hakim: Duarte Nunu Pereyra Qomes

Yan xətt hakimləri: Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome

Dördüncü hakim: Brunu Migel Duarte Payxao (hamısı Portuqaliya)

Hakim-inspektor: Draqutin Karlo Polyak (Xorvatiya)

UEFA nümayəndələri: Vladislav Xodeyev (Rusiya), Giorgi Pirtsxalava (Gürcüstan)

Bakı. “Bakcell Arena”

İlk oyun – 1:1

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 3. Stankoviç, 44. Rafael Santos, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 10. Dodo, 9. Sergey Zenyov, 19. Aleksey Qay, 14. Cavid Hüseynov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. Pietrzkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vernidub, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 7. Ermin Zek, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

 

 

“Apollon”: 83. Bruno Vale, 2. Elizio, 4. Freyro, 3. Nuno Lopez, 14. Ceyme, 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 26. Papulis Fotis, 17. Joao Pedro, 29. Georgias Kolokudias

Ehtiyat oyunçular: 23. İsli Xidi, 27. Anjelis Anjeli, 28. Marius Stilianu, 8. Farli, 42. Kristos Viler, 9. Türam, 19. Quye Avraam

Baş məşqçi: Pedro Emanuel

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here