İşdəki performansımız peşəyə vurğunluğumuzdan asılıdır

0
478

is_gorusmesi_000Elə insanlar var ki, çox işləmələrinə baxmayaraq işdə istirahət edir, elələri də var, işdən evə çox yorğun qayıdır. Psixoloqlar hesab edir ki, işdə insanın nə dərəcədə enerjili olması işə vurğunluğundan asılıdır. İşini sevən insan gün boyu enerjili və gümrah qalır. Candərdi iş görənlər isə günün axırında özlərini evə güclə çatdırırlar.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, gün ərzində insan sevmədiyi bir işlə məşğul olanda günün axırında özünü çox yorğun hiss edir: “İş görərkən özünü məmnun hiss etmək və az yorulmaq üçün işdə nə görəcəyini dəqiq bilməlisən. İşinizi dəyərləndirə bilmirsizsə, onun faydalı tərəfləri barədə düşünün. Hər bir işin faydalı tərəfləri var. Sadəcə, işin müsbət cəhətlərini tapmaq və bu cəhətlərə görə işin vacib olduğunu anlamaq olar”.

Qurbanova bildirib ki, havasızlıq da insanın tez yorulmasına gətirib çıxarır: “Hər gün iş yerinizdəki otağın havasını dəyişdirin. Fikir verin ki, otağın havası çox isti olmasın. Belə ki, hava 28 dərəcədən yüksək olduqda insan daha çox yorulmağa başlayır”.

Qeyd edək ki, belini büküb oturmaq da insanı çox yorur. Bütün günü beli büküb oturduqda, əzələlər gərginləşir. İnsan belini bükəndə özünü pis hiss edir, bu da özünü əhvalda büruzə verir. Əhvalın aşağı olması da insanın tez yorulmasına səbəb olur.

Oftalmoloq Gülər Zeynalovanın sözlərinə görə, iş gününün sonunda gözləriniz yorulursa, deməli, kompüterin monitorunda problem var: “Ya seçdiyiniz rənglər, ya da monitoru düzgün qurmamısınız. Ümumiyytələ, göz 12 keqldən yuxarı olan şriftləri daha rahat qəbul edir. Fikir verin ki, monitor sifətinizdən 33-59 sm. aralıda olsun. Ekranın mərkəzi isə sizin gözlərinizlə paralel olmalıdır. Vaxtaşırı ekranın tozunu xüsusi əski ilə də silmək lazımdır. Əks halda ekranın üzərinə yığılan toz gözləri yoracaq dərəcədə görüntünü pozur”.

Alimlərin apardığı təcrübəyə əsasən ağ lampalara nisbətən mavi

lampalar gözü yormur. Mavi çalarlı işıq gün işığına yaxın rəngdir. Bu səbəbdən də insanı çox yormur. Gün ərzində maye az qəbul etmək də insanı yorur və orqanizmi zəiflədir. Terapevt Hədiyyə Quliyeva işdə biyan çayı içməyi məsləhət görür: “Böyrəküstü vəzi gün ərzində gümrah qalmağımıza xidmət edən hormonlar istehsal edir. Onların gücü xüsusilə də, səhər yuxudan oyandığımızdan sonra güclü olur. Tədricən axşama doğru isə zəifləyir. Orqanizmdə müəyyən problemlər yarananda isə onların təsiri günortadan azalmağa başlayır. Bunun təsiri nəticəsində nahardan sonra insan özünü yuxulu hiss edir, axşam isə apatiyaya düşür” deyən həkim bildirir ki, böyrəküstü vəzinin funksiyasının yaxşılaşdırılması üçün stress faktorlarını azaltmaq tələb olunur.

Gün ərzində çox telefonla danışmaq da insanı yorur. Amerika Stresslə Mübarizə Mərkəzinin apardığı təcrübələrə görə, işi gün ərzində telefonla danışmaqla keçən insanlar çox yorulur. Yorğunluğun əsas səbəbi danışan zaman ağzın selikli hissələrindən mayenin buxarlanmasıdır. Nəticədə qan qatılaşır və oksigeni pis keçirir. Bu səbəbdən də hər telefon zəngindən sonra çay içmək məsləhətdir. Bu, həm səs tellərinin normaya düşməsinə kömək edəcək, həm də enerjinizi azalmağa qoymayacaq.

Qeyd edək ki, köklük, bədəndə çox piyin yığılması da enerjini azaldır. Milli Tayvan Universitetinin alimləri sübut edib ki, beli 80 sm-dən çox olan qadınlar daha tez yorulurlar. Həkim Merilin Qlenvil bildirib ki, stress hormonlarının, xüsusilə də kortizol və adrenalinin sürətli çoxalması qarın nahiyəsində piylərin yığılmasına gətirib çıxarır.

Tez yorulmanın əsas səbəblərindən biri də düzgün qidalanmamaqdır. İşdə ayaqüstü, necə gəldi qidalanmaq enerjinin tez bir zamanda tükənməsinə və sağlamlığın zəifləməsinə gitirib çıxarır. Əgər nahar vaxtında siz enerjinizin azaldığını və bu vaxt şirniyyata meyl hiss edirsizsə, deməli, düzgün qidalanmırsız. Dietoloqlar məsləhət görür ki, nahar vaxtında rahat bir yerdə, havası dəyişmiş otaqda tərəvəzli, bol vitaminli yeməklər yeyəsiz. Düzgün qidalanan insanlar digərlərinə nisbətən 10 dəfə daha çox enerjili olurlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here