Ağdamın işğalından 22 il ötdü

0
526

Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanında anım ziyarəti olub. Ağdam rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, millət vəkilləri, ağdamlı məcburi köçkünlər, ictimai təşkilatların nümayəndələri şəhidlərin məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir.

Qarabağ uğrunda döyüşlərdə Ağdam rayonu 6 mindən artıq şəhid verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here