Qubada mətbuatımıza həsr olunmuş tədbir keçirilib

0
316

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncama uyğun olaraq Quba şəhərində mətbuat nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə “Azərbaycan milli mətbuatı – 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda növbəti regional konfrans keçirlib.Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Abidov, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, habelə ¬Bakıda fəaliyyət göstərən qəzetlərin baş redaktorları iştirak ediblər.

qqTədbirdən öncə iştirakçılar müasir Azərbaycan mətbuatının inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları Qubadakı Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçiriblər.

Konfrans Qubada Heydər Əliyev Mərkəzinin konfrans zalinda keçirilib.

Konfransı giriş sözü ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. O, Azərbaycan Prezidentinin imzaladığı milli mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamından danışıb. Bildirib ki, yubiley tədbirləri artıq Zərdab, Gəncə, Qəbələ və Masallı rayonlarında keçirilib.

T.Suleymanov qeyd edib ki, cəmi 6 gün sonra Azərbaycan milli mətbuatı özünün yubileyini keçirəcək. 140 il bundan əvvəl Azərbaycanın vətənpərvər ziyalısı, görkəmli publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ənənəsinin əsasını qoyub. “Əkinçi” qəzetinin qısa ömründən danışan T. Süleymanov bu qəzetin üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini diqqətə çatdırıb. T.Süleymanov ulu öndər Heydər Əliyevin mətbuata qayğısından danışaraq qeyd edib ki, islahatlar sayəsində iqtisadiyyatımızda baş verən dirçəliş mətbuata dövlət dəstəyinin də göstərilməsinə səbəb oldu. Qəzetlərin nəşriyyata borcu silindi, mediaya maliyə dəstəyinin göstərilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Rəqəmlərə diqqət etsək görərik ki, Fond vasitəsilə mətbuata 20 milyon manat vəsait ayrılıb.

qbbbAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. İcraçı direktor həmçinin ötən illərdə Fondun KİV-in maddi-texniki bazasının təkmilləşdirilməsi, ölkə jurnalitslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər proritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə də ətraflı məlumat verib. Çıxışını davam etdirən Vüqar Səfərli jurnalistlərə dövlət hesabına mənzillərin verilməsini dünyada analoqu olmayan müsbət təcrübə olduğunu deyərək ölkə başçısının bu diqqət və qayğısının mətbuat nümayəndələri tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb. V.Səfəri Bakıda keçiriləcək yubiley tədbirində də Fondun müsabiqəsində iştirak edən, eləcə də mətbuatda əməyinə görə fərqlənən jurnalistlərin mükafatlandırılacağını söyləyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetinin milli mətbuatımız üçün mütərəqqi ənənələr formalaşdırdığını bildirib, mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuat Şurasının sədri rəhbərlik etdiyi qurumun mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib. Bölgələrdə fəaliyyət göstərən, eyni zamanda bölgələrdən araşdırma yazan jurnalistlər haqqında tədbir iştirakçılarına məlumat verən Ə.Amaşov əlavə edib ki, Azərbaycan jurnalistikası doğruluğu sevir: “Azərbaycanda jurnalistlərə gözəl sərait yaradılıb. Ancaq bəzi saytlar var ki, qarayaxmalarla məsğul olurlar”.

Mətbuat Şurasının sədri üzünü region ictimaiyyətinə tutaraq bildirib ki, əgər qarayaxmalarla rastlasirsinizsa axira kimi gedin. Və məhkəmələrdə doğru olduğunuzu sübut edin.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yisif Abidov qonaqları salamlayıb. Öz çıxışında milli mətbuatın 140 illik yubiley tədbirlərinin Quba rayonunda keçirilməsinin əhəmiyyətindən danışıb.

“Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov konfransda çıxış edərək mətbuata dövlət qayğısından, bu qayğının sayəsində jurnalistikamızın inkişaf etməsindən danışıb.
.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here