“Ehsan” sözü çox geniş mənaları əhatə edir

0
587

– Bağışlama, hədiyyə etmə, xeyirli bir iş görmək mənalarına gəlir. Ədalət hər bir işə doğru-düzgün qarşılıq vermək, hər şeyin əsl qiymətini, yəni birisinin zəhmətinin qarşılığı nədirsə, onu da verməkdir. Ehsan isə o haqqın üzərinə əlavə ediləndir. Qurani-kərimdə: “ Ehsan edin, çünki Allah ehsan edənləri sevər”- buyurulmaqdadır.

Bir hədisi-şəriflərində uca Peyğəmbərimiz həzrəti-Məhəmməd (s.ə.s.) “Ehsan Allahı görürmüş kimi ona ibadət etməkdir. Çünki sən Onu görməsən də O səni görür”- söyləmişdir. Ümumiyyətlə, “ehsan” sözü çox geniş mənaları əhatə edir. Bir imkansıza yardım etmək də ehsandır, bir kəndə yol çəkdirmək də, kiminsə xeyir işinə yardımçı olmaq da… Amma təəssüflər olsun ki, son dövrlərdə bizdə “ehsan” deyəndə ağla yas çadırları və orada yeyilən yemək gəlir. Bu da ehsandır, amma ehsan təkcə bununla bitmir ki. Yeri gəlmişkən onu da deyək ki, şəhər yerlərində bu cür yas çadırlarını bəzən gediş-gəlişin gur olduğu yerlərdə qururlar, bu da haqlı narazılığa səbəb olur. Xatırladaq ki, ölüsünün adına ehsan vermək istəyənin haqqı yoxdur ki, başqalarının yolunu kəssin. Bu insanların haqqını tapdamaqdır. Başqalarının haqqını tapdamaq isə dinimiz tərəfindən şiddətlə yasaq edilmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here