Qəza ilə bağlı cinayət işi başlanıb

0
376

Şirvan şəhərində yerləşən Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here