İlisudakı qədim malikanələr dağıla bilər

0
209
Ölkəmizin Şimal-Qərb bölgəsinin ən maraqlı və qədim yerlərindən biri də İlisu kəndidir.
 Çoxlu tarixi abidələri ilə yanaşı, xüsusi arxitekturalı fərdi yaşayış evləri də bölgənin mədəni keçmişindən xəbər verir. Qax rayonunun İlisu kəndində hazırda 1300-dən çox əhali yaşayır. Kənd 433 evdən ibarətdir. Evlərin isə demək olar ki, 80 faizinin 1 əsrdən çox yaşı var. Elə qədimi evlərində 10-15 faizi 150-200 ilin evləridir. Əllə kəsilmiş çay daşından tikilən binaların bu qədər uzun müddət salamat qalmasının səbəblərindən biridə tikintidə bərkitmə materialı kimi məhz əhəngdən istifadə olunmasıdır. Eyni zamanda bərkitmə üçün kəmər əvəzinə yonulmuş Palıd ağaclarının qoyulması isə divarların zəlzələyə davamlılığını artırır. Evlərin girişi geniş, hətta atlının və at arabasının girə biləcəyi kimi inşa edilib. Tağlı girişlərin aşağısında olan kiçik səkilərin isə yaşlıların söhbətə yığışarkən çay qoymaları üçün nəzərdə tutulduğu ehtimal olunur. Bəzi evlərin taxta pilləkənləri və yay dəhlizləri çürüyərək sıradan çıxmaq üzrədir. Sahiblərinin paytaxta, yaxud başqa yerlərə köçməsi səbəbindən baxımsız qalmış bəzi binalar ümumiyyətlə, tarixi görkəmini iitirmək üzrədir. Hər evin divarında evin kim tərəfindən və hansı tarixdə tikilməsi haqda məlumat verəndaş kitabə var. Ən maraqlı məqamlardan biri isə odur ki, bəzi evlərin divarında daşlara ərəb dilində yazılar həkk olunub. Adi vəziyyətdə görünməyən yazılar yalnız su dəydikdə üzə çıxır. Daha maraqlısı isə odur ki, 150 illik bir zaman keçməsinə baxmayaraq, bu yazılar silinmir və solmur. Lakin indiyədək orada yazılanları heç kim oxuya bilməyib. İkimərtəbəli evlərin birinci mərtəbəsi həm də anbar, tövlə yaxud digər təsərrüfat təyinatı ilədə istifadə olunub. Daxili interyeri isə maraqlı olmaqla yanaşı, dövrün arxitekturasına uyğun və komfort nəzərə alınmaqla işlənib. Mərtəbələri birləşdirən daxili pilləkənlari, işıqlanmanı təmin edən güzgülü buxarı və müasir asma tavanların əksi olan, taxtadan yığılmış tavanı həmdə otaqların havasını tənzimləyir. Evlərin dam örtüyünü təşkil edən saxsı kirəmit isə zaman keçdikcə müasir materiallarla əvəzlənir. Kənd sakinləri bu tarixi evlərin bərpasına imkanlarının olmadığını, dövlətin və müvafiq orqanların dəstəyinə ciddi ehtiyac olduğunu bildirirlər. Onların sözlərinə görə, əgər vaxtında müdaxilə olunmasa bir müddət sonra bu evlər tamamilə dağılacaq. Ruslan Abdulov, Qax

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here