“Toya bir gün qalmış”

0
456

Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşa hazırlanır. Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Hazırda masaarxası oxunuş məşqləri gedir.
Quruluşçu rejissor Əsgər Əsgərov, komediya janrında hazırlanan tamaşa haqda düşüncələrini belə ifadə edib: “Əsər, ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq müasir günümüzdə də kifayət qədər aktualdır. Və dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar ortaya çıxır və qəhrəmanın dilindən tamaşaçıya: “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən verilən məlumata görə əsas rollarda respublikanın xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev iştirak edirlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here