“Mənə Azərbaycandan təklif gəlməyib”

0
415
“Azərbaycanda işləyəcəyimlə bağlı yayılan xəbərlər yalandır”. 
Bu sözləri tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam deyib. Türkiyə mətbuatında Sağlamın növbəti mövsümdən ölkəmizdə, “Xəzər Lənkəran” klubunda çalışacağı barədə xəbərlər yayılımışdı. Mustafa Dənizlinin istefasından sonra boş qalan baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanır ki, bunlardan biri də Ərtuğrul Sağlamdır. 44 yaşlı məşqçi açıqlamasında bildirib ki, hazırda işlədiyi komandanı dəyişmək fikrində deyil: “Əskişəhərspor” klubunda işimi davam etdirirəm. Ümumiyyətlə, mənə Azərbaycandan təklif gəlməyib. Mətbuatda çox şey yazıla bilər. Mənim “Əskişəhərspor”dan ayrılmaq fikrim yoxdur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here