Millimizin aktivindəki medalların sayı 52-yə çatıb

0
437

Bakı-2015 I Avropa Oyunlarının XV günündə 23 dəst medalın sahibi müəyyənləşib. Azərbaycan yığması bu gün 6 dəfə mükafatçılar sırasına düşüb.

 

Yığmamızın üzvləri 3 qızıl, 3 bürünc əldə ediblər. Bununla, millimizin aktivindəki medalların sayı 52-yə çatıb. Təmsilçilərimiz arxada qalan 15 gün ərzində 18 qızıl, 14 gümüş və 20 bürünc mükafata yiyələnib. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.

 

Düzdü, Almaniya daha çox – 59 dəfə idmançılarının fəxri kürsüyə qalxmasına sevinib. Lakin onlar bu nəticə ilə hətta heç ilk “üçlüy”ə də düşə bilmirlər. Çünki 16 qızıl, 8 gümüş və 16 bürünc medala yiyələnən Böyük Britaniya millisi dünən ələ keçirdiyi 3-cü pillədəki mövqeyində qalıb.

 

Siyahının aşkar lideri olan Rusiyanın hesabında 139 mükafat var. Bunların 69-u qızıl, 34-ü gümüş, 36-sı bürüncdü.

 

Rusiya, Azərbaycan və Böyük Britaniyanın ardından ilk “altılıq”da Almaniya, İtaliya və Belarus qərarlaşıb. Burda yeganə dəyişiklik İtaliyanın Belarusu qabaqlaması olub.

 

Oyunların 15-ci günü 2 ölkə üçün əlamətdar olub. Bu günə qədər qızıl medalı olmayan Gürcüstan və İsrail ilki rəsmiləşdirərək, çempionluq əldə ediblər. Bununla Avropa Oyunlarında himni səslənən ölkə sayı 28-ə çatıb.

 

Qeyd edək ki, Bakı-2015-in arxada qalan 15 günündə ümumilikdə 729 – 217 qızıl, 217 gümüş, 295 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 42 ölkədən 28-i çempionluq sevinci yaşayıb.

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 69 34 36 139
2 Azərbaycan 18 14 20 52
3 Böyük Britaniya 16 8 16 40
4 Almaniya 14 14 31 59
5 İtaliya 10 20 9 39
6 Belarus 10 11 22 43
7 Macarıstan 8 4 8 20
8 Serbiya 8 4 2 14
9 Ukrayna 7 13 21 41
10 İspaniya 7 10 10 27
11 Fransa 7 9 16 32
12 İsveçrə 7 4 3 14
13 Hollandiya 6 10 7 23
14 Türkiyə 5 4 18 27
15 Belçika 4 3 2 9
16 Rumıniya 3 5 4 12
17 Portuqaliya 3 4 2 9
18 Polşa 2 7 8 17
19 Avstriya 2 6 4 12
20 Slovakiya 2 2 3 7
21 Litva 2 0 3 5
22 Gürcüstan 1 4 8 13
23 Xorvatiya 1 4 6 11
24 Yunanıstan 1 4 3 8
25 İsrail 1 3 6 10
26 İsveç 1 3 3 7
27 Sloveniya 1 1 1 3
28 Latviya 1 0 1 2
29 Bolqarıstan 0 3 4 7
30 Danimarka 0 2 4 6
31 Çexiya 0 1 4 5
32-34 Estoniya 0 1 2 3
  İrlandiya 0 1 2 3
  Moldova 0 1 2 3
35 San Marino 0 1 1 2
36-37 Ermənistan 0 1 0 1
  Kipr 0 1 0 1
38-39 Makedoniya 0 0 2 2
  Norveç 0 0 2 2
40-42 Finlandiya 0 0 1 1
  Kosovo 0 0 1 1
  Monteneqro 0 0 1 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here