Daha 4 medal…

0
297

Bakı-2015 I Avropa Oyunlarının XI günündə 13 dəst medalın sahibi müəyyənləşib. Bu gün (22 iyun) hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 39-a çatıb.

 

İlk 11 gündən sonra Azərbaycan 14 qızıl, 11 gümüş, 14 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

 

Siyahının lideri olan Rusiya bu gün daha 10 medal qazanaraq, izləyiciləri ilə fərqi daha da artırıb. Hesabında 87 mükafat olan rusiyalıların medallarından 45-ı qızıl, 23-ü gümüş, 19-u bürüncdü. Almaniya isə 3-cü pillədəki yerini qoruyub.

 

Həmçinin bu gün daha bir ölkə ilk mükafatını qazanıb. Belə ki, Kipr atıcılıq yarışında gümüş medal əldə edib. Bununla kiprlilər 40-cı medalçı komanda olub.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 11 günündə ümumilikdə 502 – 154 qızıl, 154 gümüş, 194 bürünc medalın sahibi müəyyənləşib. Medalçı 40 ölkədən 24-ü çempionluq sevinci yaşayıb.

 

Yer Ölkə Qızıl Gümüş  Bürünc  Cəmi 
1 Rusiya 45 23 19 87
2 Azərbaycan 14 11 14 39
3 Almaniya 11 9 12 32
4 Belarus 10 9 22 41
5 Serbiya 8 4 0 12
6 Böyük Britaniya 8 3 7 18
7 Macarıstan 8 2 5 15
8 İspaniya 7 8 7 22
9 İsveçrə 7 4 2 13
10 İtaliya 6 9 3 18
11 Türkiyə 5 3 15 23
12 Ukrayna 4 11 14 29
13 Fransa 4 5 8 17
14 Hollandiya 3 6 7 16
15 Belçika 3 3 1 7
16 Portuqaliya 2 4 2 8
17 Slovakiya 2 2 2 6
18 Polşa 1 5 5 11
19 Xorvatiya 1 3 5 9
20 Yunanıstan 1 3 2 6
21 İsveç 1 2 3 6
22 Litva 1 0 3 4
23 Latviya 1 0 1 2
24 Sloveniya 1 0 0 1
25 Avstriya 0 6 3 9
26 Gürcüstan 0 3 7 10
27-28 Bolqarıstan 0 3 4 7
  İsrail 0 3 4 7
29 Rumıniya 0 3 3 6
30 Danimarka 0 2 1 3
31 Çex 0 1 4 5
32 Moldova 0 1 2 3
33 San Marino 0 1 1 2
34-35 Ermənistan 0 1 0 1
  Kipr 0 1 0 1
36 Makedoniya 0 0 2 2
37-40 Estoniya 0 0 1 1
  Finlandiya 0 0 1 1
  Monteneqro 0 0 1 1
  Norveç 0 0 1 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here