Azərbaycan yığması daha 4 medal qazandı

0
347

Bakı-2015 I Avropa Oyunlarının VI günündə 11 dəst medalın sahibi müəyyənləşib. Bu gün hesabına 4 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 23-ə çatıb. 11 qızıl, 3 gümüş və 9 bürüncü olan komandamız həm qeyri-rəsmi komanda hesabında, həm də ümumi medal sayında 2-ci pillədə qərarlaşıb.

 

Medal sıralamasında lider Rusiyadı. Yarışın 4-cü günündə zirvəni ələ keçirən şimal qonşularımızın hesabında 29 mükafat var. Bunların 16-sı qızıl, 5-i gümüş, 8-i bürüncdü. Hesabında 7 qızıl, 1 gümüş və 5 bürünc olan Macarıstan millisi 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Bakı-2015-in ilk 6 günündə ümumilikdə 239 – 71 qızıl, 71 gümüş, 97 bürünc medal oynanılıb. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 18-i çempionluq sevinci yaşayıb.

 

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 16 5 8 29
2 Azərbaycan 11 3 9 23
3 Macarıstan 7 1 5 13
4 Serbiya 5 3 0 8
5 Belarus 5 1 9 15
6 Almaniya 4 6 6 16
7 Türkiyə 4 3 10 17
8 İspaniya 3 5 3 11
9 İsveçrə 3 3 1 7
10 Böyük Britaniya 3 1 1 5
11 Portuqaliya 2 4 0 6
12 Fransa 2 3 4 9
13 Ukrayna 1 5 7 13
14 İtaliya 1 5 1 7
15 Polşa 1 3 4 8
16 Xorvatiya 1 2 3 6
17 İsveç 1 1 2 4
18 Litva 1 0 0 1
19 Avstriya 0 4 2 6
20-22 Gürcüstan 0 2 1 3
  İsrail 0 2 1 3
  Hollandiya 0 2 1 3
23 Bolqarıstan 0 1 3 4
24-25 Çexiya 0 1 2 3
  Slovakiya 0 1 2 3
26-29 Ermənistan 0 1 0 1
  Yunanıstan 0 1 0 1
  Rumıniya 0 1 0 1
  San-Marino 0 1 0 1
30-31 Moldova 0 0 2 2
  Makedoniya 0 0 2 2
32-37 Belçika 0 0 1 1
  Danimarka 0 0 1 1
  Estoniya 0 0 1 1
  Latviya 0 0 1 1
  Monteneqro 0 0 1 1
  Norveç

 

0 0 1 1

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here