Tıxaca

0
311

Düşməsəydim o günü bir saat, inan, tıxaca,

Doğrusu, yazmaz idim bir belə “hədyan” tıxaca.

 

…Çalınan siqnalların yoxdu əsla say-hesabı,

Necə lənət deməsin söylə bəs insan tıxaca?

 

Baxıram iş adamı hirsindən bığın gəmirir,

Qızıldan qiymətli vaxt, çün gedir qurban tıxaca.

 

İnsafən unudursan sən bu qəmli mənzərəni,

Düşəndə lap yanında bir neçə ceyran tıxaca.

 

Bilmirəm, hansı yerin mən verim sizlərə nişan,

Əsirdi gündə yüz yol çox küçə – ünvan tıxaca.

 

Elə bil qeyb olubdur yol polisi dəymir gözə,

Görən bəs niyə verir bir belə imkan tıxaca?

 

Deyirlər, baş sındırır harda isə merimiz də

Guya ki tapacaqdır müasir dərman tıxaca.

 

Yox sözümdə zarafat, həqiqətdir dediklərim –

Zənn etmə, mən atıram bir belə böhtan tıxaca.

 

Yaşanan bu anların “zövqünü” hal əhli bilər,

Olmamaq mümkün deyil Qəmiş tək heyran tıxaca.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here