Bir “sağ ol”a dəymədi?

0
428

(“İnter”dən ayrılarkən klubun prezidenti Georgi Nikolov mənə heç “çox sağ ol” demədi. Kaxaber Sxadadze)

Mən “İnter”i tərk etdim,
Bircə “sağ ol” demədin.
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
“İnter” üçün qəlblərin
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Elə isə, Georgi, sən mənə söylə görək
Altı ildə bir yerdə kəsdiyimiz duz-çörək,
Bir “sağ ol”a dəymədi?
“İnter”də qazandığım qızıl, gümüş medallar,
Demək istəmədiyim hələ xırda detallar
Bir “sağ ol”a dəymədi?
Anlaya da bilmirəm, axı bu necə işdi?
Sən o bircə “sağ ol”u de, nələrə dəyişdin?
Nədən dönüb bir anda sən hisli çıraq oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Hər ağrılı oyunda keçirdiyim həyəcan
Bir “sağ ol”a dəymədi?
Bəs “İnter” ə verdiyim yeni nəfəs, yeni can
Bir “sağ ol”a dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; Ah, sən daha mənimçün
Bir qəribsən, bir yadsan
Yuxuma da girməzsən günlərlə belə yatsam.
Gözlədim bəlkə məni özün yola salasan
Fəqət, bunu etmədin, axı necə adamsan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, amma
Sənin qəlbin əsmədi.
Dalımca da baxmadın!
Niyə sənin yolunu haqq-salamım kəsmədi?
Qazancımız de, bumu?
Deyilməmiş o “sağ ol” əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mən buna qalmışam mat,
Başqa sözüm yox daha: sən sağ, mən də salamat.

P. S. Bu, Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeiri əsasında yazılıb. Ümid edirəm ki, bu davaranışıma görə şairimiz məni əfv edər.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here