Məşəl Qubaya yola salınıb

0
462

Bu gün I Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Qusar rayonuna gətirilib. Yarışın simvolu Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında qarşılanıb.

Məşəl kikboksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olunduqdan sonra estafetə start verilib. Ardınca 10 məşəlçi rəmzi bir-birinə ötürərək, Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrini keçməklə şəhərin mərkəzi meydanına gətiriblər.

Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan bu meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Qusardan sonra Avropa Oyunlarının məşəli Quba rayonuna yola salınıb. Burada qarşılanma mərasimi ilə yanaşı, möhtəşəm Alov festivalı da keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here