Nazirlik keyfiyyəti artırmağı tələb edib

0
492

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorlardan son istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətini artırmağı tələb edib.

Bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov İlk Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında deyib. Onun sözlərinə görə, əks halda bu, mobil operatorların lisenziyasının etibarlılıq müddətinin uzadılmasına təsir edə bilər. GWS şirkətinin mütəxəssisi Roman Kilişek Azərbaycanın mobil operatorlarının (Azercell, Bakcell i Azerfon) səs və məlumatların ötürülməsi xidmətlərinin keyfiyyətini orta qiymətləndirib. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov həmçinin bildirib ki, Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir. Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

IMEI-kodlarının qeydiyyat

müddətini 30 gündən

60 günə kimi uzadıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 30 gündən 60 günə kimi uzadıb. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov I Avropa Oyunları Əməliyyat Komitəsinin iclası zamanı deyib. İ.Məmmədovun sözlərinə görə, belə bir qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etməkdir. Nazir müavini həmçinin qarşıdan gələn yarışlarla əlaqədar nazirlik tərəfindən aparılan telekommunikasiya infrastrukturunun hazırlıq işlərindən də danışıb: “300 kilometrdən çox optik lifli və 5 kilometrə yaxın mis rabitə kabelləri çəkilib. Alternativlik və dayanıqlıq üçün I Avropa Oyunlarının keçiriləcəyi məkanların qoşulacağı iki xətdən – əsas və alternativ – istifadə olunacaq”. Bundan başqa, rabitə və telekommunikasiya xidmətlərinin dayanıqlığı üçün ölkənin bir sıra dövlət strukturlarında da optik xətlər istifadə olunacaq: “İyunun 2-nə kimi idman yarışlarının keçiriləcəyi idman komplekslərində daxili rabitəni təmin etmək üzrə işlər başa çatacaq. Bu istiqamətdə işlər mobil operatorlar “Azercell” və “Bakcell” tərəfindən aparılır, yarışların yayımı üçün 4 peykin (Intelsat, AsiaSat, Utelsat i Azerspace) resurslarından istifadə olunacaq”.

I Avropa Oyunları ilə bağlı sizi maraqlandıran bütün suallara görə 2015 nömrəsinə zəng edə bilərsiniz. Nömrə bir neçə dildə fəaliyyət göstərir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here