Türkiyədə Ermənistanı başlıca təhlükə mənbəyi kimi görənlərin sayı artıb

0
390

Türkiyədə keçirilən rəyi sorgusuna əsasən, respondentlərin 20,3 faizi ölkələri üçün Ermənistan tərəfdən ciddi təhdidlərin artığını düşünür. Türkiyə Kadir Has Universitetinin Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə bir reallığı ortaya çıxarıb.

Məlumata görə, 2013-cü ilin noyabrında keçirilən sorğu zamanı respondentlərin 7,2 faizi Ermənistanın Türkiyə üçün ciddi təhlükə mənbəyi olduğunu bildirmişdi.

Sorğuda iştirak edənlərin 32,4 faizi heç bir şərtlə Ermənistanla sərhədin açılmasını qəbul etmir.

Respondentlərin 37,2 faizi Türkiyənin ən yaxın dostu kimi Azərbaycanın adını çəkib.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların xeyli hissəsi xarici siyasətdə Türkiyənin dostu olmadığını düşünür. Belə hesab edənlərin sayı 38,9 faizdir. Respondentlərin 22 faizi hesab edib ki, Türkiyə xarici siyasəti təkbaşına yürütməlidir.

Qeyd edək ki, rəy sorğusu Türkiyənin 26 vilayətində 18 yaşdan yuxarı olan min nəfər arasında keçirilib. Report

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here