“Səda”da “Evlənmə” nümayiş olunub

0
394

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrında “Evlənmə” tamaşası nümayiş olunub. N.Qoqolun eyniadlı pyesi əsasında hazırlanmış “Evlənmə” tamaşası ADMİU-nun IV kurs “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir. Kursun rəhbəri ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyevadır.

Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyevadır. Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Şəbnəm Əliyeva (Aqafya Tixonovna), Ayşən Mirzəyeva(Fyokla İvanovna), Könül Əbilova, (Arina Panteleymonovna),Əbdül Məcidli (İvan Kuzmiç Podkolyosin), Ayaz Məmmədov (İlya Fomiç Koçkaryov), Elməddin Məmmədov (İvan Pavloviç Yaiçnitsa), Məhəmməd Abdullazadə(Nikanor İvanoviç Anuçkin), Elmir Yusifli(Baltazar Baltazaroviç Jevakin), Dunyaşa (Nərgiz Cəbiyeva) və Seymur İkramlı (Stepan) çıxış ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here