“İnter”in istənilən xal itkisi…

0
345

Bu gün Topaz Premyer Liqasında XXXIV tura yekun vurulacaq. Baş tutacaq üç qarşılaşmadan ikisi bölgədə olacaq.

İlk görüş o qədər də maraq kəsb etmir. Çünki heç bir iddiası qalmayan iki komanda – “Xəzər Lənkəran” və AZAL üz-üzə gələcəklər. Bu oyun cənublular üçün ona görə prinsipialdı ki, onlar cari mövsümdə paytaxt klubu üzərində qələbə qazana bilməyiblər. “Xəzər Lənkəran” doğma azarkeşləri önündə bu uğursuz seriyaya son qoymağa çalışacaq. AZAL isə ən yaxşı halda 5-ci yer iddia edə bilər.

Qəbələdə baş tutacaq görüş Premyer Liqada çempionluğun taleyini həll edə bilər. Turun mərkəzi matçında “Qəbələ”nin qonağı olacaq “İnter”in qələbədən başqa yolu yoxdu. Amma rəqib də 10 oyundu məğlubiyyət nədi bilməyən komandadı. Düzdü, hər iki komanda Avrokuboka vəsiqəni təmin edib. Buna baxmayaraq, “İnter” qızıl, “Qəbələ” isə bürünc medal şanslarını davam etdirir.

“Qəbələ” “bankirlər”in ardıcıl 5 qələbəlik seriyasına son qoya bilsə, diqqətlər “Bakcell Arena”ya yönələcək. “İnter”in xal itkisi paytaxtda çempionluğun bayram edilməsi ilə nəticələnə bilər. Belə ki, autsayder “Sumqayıt”ı qəbul edəcək ağdamlılar qalib gəlsə, “İnter”in istənilən xal itkisi Qurban Qurbanovun yetirmələrinə ardıcıl 2-ci çempionluğu qazandıracaq.

Qeyd edək ki, XXXIV turda “Neftçi” istirahət edəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here