Nələr olmur ki, Azərbaycan futbolunda!

0
352

Azərbaycan çox maraqlı, maraqlı olduğu qədər də qəribə yerdir. Azərbaycan dənizin hasara alındığı yerdir, ağacların, özümüzəməxsus ağacların qırıldığı, yerində ölkə xaricindən gətirilən və bizim təbiətimizə uyğun olmayan ağacların əkildiyi yerdir. Azərbaycan asfaltın yolun çəkildiyi, daha sonra bu yolun altından su kəməri çəkilən məkandır.

Elə futbolumuzda da qəribəliklər var. Biz bu yazıda sizi məhz yalnız Azərbaycan futbolunda baş verən qəribə hadisələrlə tanış edəcəyik!

Baş məşqçini baxışa gətirən klub — yalnız Azərbaycan futbolunda!

Legionerə yox, yerli oyunçuya limit qoyulur — yanlız  Azərbaycan futbolunda!

Bir ildə 5 dəfə qərar dəyişilir — yalnız Azərbaycan futbolunda!

Stadiondakı futbolçuların sayı tribunadakı azarkeşlərin sayından çox olur — yalnız Azərbaycan futbolunda!

Stadionun qazonu ildə bəzən iki dəfə dəyişdirilir — yalnız Azərbaycan futbolunda.

Uduzan komanda ancaq hakimi günahlandırır — yalnız Azərbaycan futbolunda!

Futbolçular isinmə hərəkətləri etmədən meydançaya çıxır — yalnız Azərbaycan futbolunda!

Baş məşqçi həm də menecerdi — yalnız Azərbaycan futbolunda!

Baş məşqçi rəhbərliyin təqdim etdiyi heyət əsasında heyət qurur — Yalnız Azərbaycan futbolunda

4 oyunluq cəzası bitən oyunçu qayıtdıqdan sonra dərhal  yenidən əsas heyətdə  oynayır — Yalnız Azərbaycan futbolunda!

Müqavilə imzaladıqdan sonra “bu nömrəyə zəng çatmır” — yalnız Azərbaycan futbolunda!

Bir hakim bir tur ərzində 2 oyuna təyinat alır — yalnız Azərbaycan futbolunda!

Legionerlər hökmranlıq edir — yalnız Azərbaycan futbolunda!

a60 dəqiqə mübarizə — yalnız Azərbaycan futbolunda!

Hissə 43 dəqiqə oynanılır — yalnız Azərbaycan futbolunda

Vaxtilə canını stadionlarda qoymuş veteranlar çayxanalarda, top çiləməyi bilməyənlər stadionlarda olur — yalnız Azərbaycan futbolunda!

Baş məşqçi debüt oyunundan sonra istefaya çağırılır — yalnız Azərbaycan futbolunda!

Oyunçu  son 5 turda  5 qol vurur və bombardir olur — yalnız Azərbaycan futbolunda!

Klublarda irsi hakimiyət və sülalə hökmranlığı — yalnız Azərbaycan futbolunda!

80 nəfər veteranı işsiz qaldığı halda, Almaniyada,  Hollandiyada, nə bilim adını bilmədiyimiz ölkələrdə yerli əhalinin belə tanımadığı “mütəxəssisə” qucaq açan rəsmilər — yalnız Azərbaycan futbolunda!

Bir mövsümdə 5 baş məşqçi dəyişdirilir — yalnız Azərbaycan futbolunda!

5 məğlubiyyətə görə əcnəbiyə gözünün üstə qaşın var deyən yoxdur, amma bir məğlubiyyətə görə yerli məşqçidən hesabat istənilir — yalnız Azərbaycan futbolunda!

Qırmızı vərəqə verilir, daha sonra ləğv olunur  — yalnız Azərbaycan futbolunda!

Bu gün at oynadan, sabah dağılmaq təhlükəsi ilə üzləşən klub — yalnız Azərbaycan futbolunda!

Pulu olan, şəraitı olan, nəticəsı olmayan yeganə yer, yeganə federsiya — yalnız Azərbaycan futbolunda!

Kuboku və çempionluğu eyni komanda qazansa da, Super Kubok oyunu keçirilir — yalnız Azərbaycan futbolunda!

aƏsas komandası luks otellərdə qalan, aşağı yaş qruplardan ibarət komandası palçıq içində futbol oynayan komanda — yalnız Azərbaycan futbolunda!

Klub prezidenti baş məşqçini istefaya göndərildiyini desə də, baş məşqçisi bundan xəbərsiz olan klub da var — yalnız Azərbaycan futbolunda!

Futbol saat 11:00-da başlayır — yalnız Azərbaycan futbolunda!

10 komanda eyni sponsor tərəfindən maliyyələşir — yalnız Azərbaycan futbolunda

Berti Foqtsla ardıcıl 3 dəfə müqavilə imzalanır — yalnız Azərbaycan futbolunda

Məğlubiyyətə görə mükafat verilir — yalnız Azərbaycan futbolunda!

Əşi, nələr nələr olmur ki, Azərbaycan futbolunda!

ELGİZ  ABBASOV

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here