Azərbaycan tarixi -Türk tarixi

0
723

 

Albanlar türk mənşəli idilər: “Albanların tarixi qaynaqlarda irandilli və ya qafqazdilli olması barədə heç bir məlumat yoxdur. Nə irandilli nə də qafqazdilli xalqlar arasında alban adını daşıyan toplum bəlli deyildir və olmamiışdır. Bu adı daşıyan toplumlar yalnız türk xalqları, qazaxlarin qırğızların türkmənlərin şəcərəsində ötən yüzilliklərdə qeydə alınmışdır. Tyan-şan dağlarının ətəklərində alban adlı boy günümüzə kimi yaşamaqdadır. Türkmənistanda indi də iki alban adlı yer var. Çinlilər qazax albanlarını Azebay-jen adlandırırlar. Rusca-Çincə lüçət kitabında alban sözünün Çin dilində tərcüməsi Azebay-jen şəkilndə tələffüz olunub”. ( Azərbaycan tarixi bakı 1996 səh 170)

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Əməvilər Azərbaycana xüsusi maraq göstərir və vaxtaşırı xilafətin müxtəlif yerlərindən bu ərazilərə ərəb mənşəli əhalini köçürürdülər.

“Azərbaycanda Qədimdən Türklər Yaşamışlar”

Əməvi xəlifəsi Müaviyə müntəzəm olaraq Azərbaycan barədə ətrafındakılardan məlumat alırdı. Bir dəfə xəlifə müaviyə Übeyd ibn Şariyədən Azərbaycan haqqında soruşur. O isə cavabında deyir ki, Azərbaycanda qədimdən türklər yaşamışlar ( Ziya Bünyadov: “Azərbaycan VII-IX əsrlərdə”Azərbaycan  dövlət nəşriyyatı Bakı 1989)

VII əsrdə baş verən bu söhbət Azərbaycan ərazisində türklərin ən azından eramızdan V-IV min il əvvəl yaşadığını və bu ərazilərin türklərə məxsus olduğunu bir daha təsdiq edir

X əsrdə yaşayan ərəb tarixçisi və səyyahı Əbülqasım ibn Havqəl “Əl-Məsalik vəl məmalük” ( (Yollar və məmləkətlər) və ya “Kitab-surət əl ard” adlanan kitabında 3 xəritə verib. Onlardan biri Azərbaycan adlanır. Bu xəritədə Arazın hər iki tərəfi vahid dövlətdə göstərilib. ( Nailə Vəlixanlı “Ərəb xilafəti və Azərbaycan”. Bakı 1993, səh129-130)

 

 

 

k2Azərbaycan ən qədim mədəniyyət ocaqlarından biridir. Xalqımız öz tarixi ərazisində çox zəngin bir mədəniyyət və dovətçilik ənənəsi yaratmısdır. Bu zəngin mədəniyyət ocağında aprılmış araşdırmalar zamanı tapılan əşyalar maddi mədəniyyət tariximizi oyrənməyə imkan verən faktlardır. Azərbaycan Respublikası ərazisində aparılan araşdırmalar zamanı ilk ibtidai insanların burada 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başladığını göstərir. Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edən ən vacib dəlil Azıx, Tağlar, Damcılı, Daş Salahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılardır. Bu sırada xüsusi əhəmiyyətə malik olan fakt 300-400 min il bundan əvvəl yaşamış qədim insanın – Azıx adamının (Azıxantrop) çənə sümüyüdür. Bütün bunlar bu tarixi ərazinin “Avropanın ən qədim sakinləri” adlanan xəritəsinə düşməsinə səbəb olub. Azərbaycanın Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nümunələri haqqında da zəngin arxeoloji materialllar tapılmışdır. Respublikamızın ərazisində ibtidai insanların yaşamasıyla yanaşı ən qədim insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta yetirilmişdir. Həmin faktları Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi tədqiqatlar ortaya  çıxarıb.

Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Belə bir tarixlə xalqımız dünyanın ən qədim dövlətçilik tarixinə malik olan xalqları ilə bir sırada durur. Azərbaycan ərazisində ilk dövlət qurumlarının eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq mövcud olub. Həmin dövrdə, yəni eramızdan əvvəl Azərbaycan ərazisində  bir neçə dövlət var idi. Onlarla qısa şəkildə sizi tanış edirik.

Manna (İlk Azərbaycan dövləti)

Er.əv. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adladırılan Manna yaranır. Onun baş şəhəri İzertu olmuşdur. Artıq er.əv. 8 əsrdə Manna Asiyada mühüm siyasi qüvvə rolunu oynayırdı. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Bu zaman Mannaya indiki Azərbaycanın bütün cənub və bəzi şimal (Naxçıvan) əraziləri tabe idi. İranzunun varisləri Aza və Ullusuna müxtəlif dövlətlərlə hərbi ittifaqlar yaradaraq öz ərazilərini genişləndirməyə çalışırdılar. Belə ki, er.əv. 714-cü ildə Ullusuna Assuriya dövləti ilə ittifaqdaUrartunu məğlub edə bilmişdir. Lakin bunun ardınca Manna dövləti getdikcə tənəzzülə uğramağa başlayır. Sonuncu dəfə bu dövlətin adına er.əv. 616-cı ilə təsadüf edən “Hedda salnaməsində” rast gəlinir. Beləliklə, yaşı 3 min ildən artıq olan Azərbaycan dövlətçiliyinin ilkin nümunəsi Manna dövləti olmuşdur. Qazıntılar zamanı Mannada tapılan qədim mədəniyyət nümunələri, həmçinin yer, şəxs, hökmdar və sərkərdələrin adları, adət-ənənələr, mifik dünyagörüşlərinə aid çoxlu sayda nümunələr bu ərazidə yaşan xalqlar arasında türk tayfalarının üstünlük təşkil etdiyini və dövləti idarə edənlərin də əsasən türklər olduğunu ehtimal etməyə imkan verir

 

 

Midiya dövləti

Təxminən er.əvvəl I minillikdə Midiya tayfa ittifaqı meydana gəlir və artıq er.əv. 7-ci yüzilliyin 1-ci yarısında bir dövlət kimi bərqərar olur. Midiya dövlətinin paytaxtı Ekbatan (müasir Həmədan) olmuşdur. Demək olar ki, eyni dövrdə Azərbaycanın şimalında skiflərin( sak, massaget) dövləti də mövcud idi. Tanınmış tarixçilərin əksəriyyəti skiflərin at südündən və ətindən istifadə etməsini, adət ənənələrini, yaşayış tərzlərini nəzərə alaraq  onların türk əsilli olduğunu ehtimal edirlər. Qeyd edək ki, Asiyadakı, Yaxın Şərqdəki və Qafqazdakı xalqlar arasında yalnız Qazax-qırğız və bulqar (tatar, başqırd) türkləri at ətindən və südündən istifadə ediblər. Ona görə də bu dövləti yaradanlar da Qafqaza Dərbənd keçidindən daxil olmuş köçəri türk tayfalar idilər. Həmin dövlət Ön Asiyanın o zamankı tarixində mühüm rol oynadığına baxmayaraq er.əv. VI əsrin 90-cı illərində tarixin siyasi səhnəsindən silindi. Buna səbəb isə bu dövlət daxilində baş verən çəkişmələr oldu. Elə bu dövrdə də Midiyanın yüksəlişi başlanır. Midiyanın yüksəlişində və güclü dövlətə çevrilməsində də onun ərazisində yaşayan və sayca digər xalqlardan daha çox olan tükdilli tayfalar xüsusi rol oynayıb. Kiaksar şahın dövründə (er.əv. 625-585-ci illər) Midiya xüsusilə güclənərək Urartu və Cənubi Qafqazı özünə tabe etdirmiş, Assuriya imperiyasına bir neçə döyüşdə qalib gəlmişdir. Lakin artıq er.əv. 6-cı yüzilliyin ortalarında bu dövlət tənəzzülə uğrayır və onun əraziləri ilk fars dövləti olan Əhəmənilər imperiyası tərəfindən zəbt edilir.

 

 

Atropatena dövləti

E.ə. 328-ci ildə yaranmış Atropatena dövlətinin ilk hakimi Atropat hesab edilir. Atropetanın da əsas əhalisini türklər təşkil edirdilər və onlar dövlətin idarə edilməsində xüsusi rol oynayırdılar. Araz çayından cənubda yerləşən əraziləri əhatə edən Atropatenanın paytaxtı Qazaka idi. Atropatenada əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmişdir

Ölkədə iri şəhərlər mövcud idi, ölkədaxili və beynəlxalq ticarət əlaqələri durmadan inkişaf edirdi. Atropatenada dövlət dini Zərdüştlük olmuşdur. Er.əvvəl III əsrin 20-ci illərində Artabazanın dövründə ölkənin əraziləri xeyli genişlənərək Xəzər dənizindən Kiçik Asiyaya qədər böyük bir ərazini əhatə etmişdir

 

 

Azərbaycan Albaniyası

Digər Azərbaycan dövləti olan Azərbaycan Albaniyası Araz çayının şimal sahilindən cənubi Dağıstana qədərki ərazidə yerləşirdi. Bu dövlətə on bir əyalət Çola, Lpiniya,Kambiena, Eceri, Qəbələ, Şəki, Paytakaran (Beyləqan), Uti, Girdman, Artsax və Sunik daxil idi. Ölkənin paytaxtı ilk əvvəl Qəbələ, daha sonra isəBərdə şəhərləri olmuşdur.

Artıq er.əv. III yüzillikdə ölkədə yerli gümüş pullar zərb edilirdi. Yazılı mənbələrin verdiyi məlumata görə Azərbaycan Albaniyası 26 yerli qəbilənin siyasi ittifaqı nəticəsində yaranmışdır. Bu tayfalardan sayça ən çox olanı və ölkənin bütün ərazisndə məskunlaşanı türk tayfaları idilər. Türk dili Azərbaycan Albaniyasında yaşayan 26 tayfa arasında ünsiyyət dili funksiyasını həyata keçirirdi. Azərbaycan-Albaniyası dövlətinin yaranması təxminən er.əv. IV əsrə təsadüf edir. Dövlətin ilk hökmdarı Aran hesab edilirdi. İlkin mərhələdə ölkədə rəsmi din zərdüşt dini olmuş, er. IV yüzilliyində isə xristianlıq qəbul edilmişdir. Xristian kilsəsinin başında müstəqil alban katalikosu dururdu. İlk zamanlar onun iqamətgahı Dərbənd, sonra isə Bərdə şəhəri idi.

 

633-cü ildə Ərəb qoşunları Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdi. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

Qeyd etdiyimiz kimi albanlar türk mənşəli idilər: “Albanların tarixi qaynaqlarda irandilli və ya qafqazdilli olması barədə heç bir məlumat yoxdur. Nə irandilli nə də qafqazdilli xalqlar arasında alban adını daşıyan toplum bəlli deyildir və olmamiışdır. Bu adı daşıyan toplumlar yalnız türk xalqları, qazaxlarin qırğızların türkmənlərin şəcərəsində ötən yüzilliklərdə qeydə alınmışdır. Tyan-şan dağlarının ətəklərində alban adlı boy günümüzə kimi yaşamaqdadır. Türkmənistanda indi də iki alban adlı yer var. Çinlilər qazax albanlarını Azebay-jen adlandırırlar. Rusca-Çincə lüçət kitabında alban sözünün Çin dilində tərcüməsi Azebay-jen şəkilndə tələffüz olunub”. ( Azərbaycan tarixi bakı 1996 səh 170)

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Əməvilər Azərbaycana xüsusi maraq göstərir və vaxtaşırı xilafətin müxtəlif yerlərindən bu ərazilərə ərəb mənşəli əhalini köçürürdülər.

 

Etno-siyasi birliklər

Azərbaycanda (quldarlıq quruluşunu yaşayan) ilk etno siyasi birliklərin meydana gəlməsi

miladdan oncə III-minilliyin yarısına, daha dəqiq eradan əvvəl XXV-XXIII-əsrlərə, yəni 4500-4300 il bundan əvvələ təsadüf edir.

”          “Aratta” etno siyasi birliyi

”          “Kuti” etno-siyasi birliyi

”          “Lullubi” etno-siyasi tayfa birliyi

”          “Su” tayfa birliyi

”          “Turukki” etno siyasi birliyi

”          “Hurri” etno siyasi birliyi.

Aratta, Kuti, Lullubi, Su tayfaları qədim şərqin tarixində mühim rol oynamışdılar və Azərbaycan xalqının formalaşması prosesindı onların rolu şübhəsizdir. Ən azından ona görə ki, m.ö VIII-əsrdə Azərbaycan ərazisində ilkin dövlət yaradan Mannalılar, adları çəkilən tayfaların varisləri və törəməsidirlər.

Bu tayfaların dil kökünün tam bəlli olmamasına baxmayaraq, onlarin dilində vü yaxud onların yaşamış olduqları ərazilərin adlarında bir çox qədim türk dili mənşəli sözlərin olması məlumdur. Məsələn, Aratta ölkəsinin yerləşdiyi ərazi qaynaqlarda “Alataye” olaraq qeyd edilib ki, bu da bu sozun Altay-Türk coğrafi nomenklaturasinda işlənməkdə olan sözlərlə (Altay, Alatau, Alatava, Aladağ və s.) bağlılığı şübhəsizdir. Son araşdırmalarda Mannadakı “Uişdiş” vilayətinin adı “Vişdiş”, “Beşdiş”, yəni Beş dağ olaraq izah edilir. Assur çarı II Sarqon həmin vilayətdəki “Uşkaya” (İndiki Üsküyə) adı isə “Üç qaya” ve yaxud “Üst qaya” kimi açıqlanır. Eləcə də, barəsində danışdığımız xalqların dilində “Qantau” (Qandağ), “İştatti” (isti yer) və sairə kimi çoxsaylı türk dillər qrupuna yaxın sözlər mövcud idi. Assur qaynaqlarında “Turukki” olaraq işlədilən tayfa adı isə, türk etnoniminin ilkin yazılış şəkli sayıla bilər.

 

Orta əsrlər dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən orta əsrlər, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizmdir. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. III-VII əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani imperiyası (224-65) ilə bağlı idi. Sasanilərin sonuncu şahinşahı III Yezdəgird (632-651) ərəblərin yürüşlərinin qarşısını almaq məqsədilə Alban türklərinin hökmdarı Varaz-Qriqora hərbi yardım məqsədilə müraciət edir. Alban ordusu başında Varaz-Qriqorun oğlu Cavanşir durur. 630-642-ci illərdə o ərəblərə qarşı müharibələrdə iştirak etmiş, 637-ci ildə Kadisiyadakı döyüşdə göstərdiyi şücaətə görə III Yezdəgird tərəfindən müxtəlif mükafat və hədiyyələrlə təltif edilmişdir.

 

 

Ərəblərin gəlişi

633-cü ildə Ərəb qoşunları Sasanilər dövlətinə hücum etdi. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdi. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı.

Qeyd etdiyimiz kimi albanlar türk mənşəli idilər: “Albanların tarixi qaynaqlarda irandilli və ya qafqazdilli olması barədə heç bir məlumat yoxdur. Nə irandilli nə də qafqazdilli xalqlar arasında alban adını daşıyan toplum bəlli deyildir və olmamiışdır. Bu adı daşıyan toplumlar yalnız türk xalqları, qazaxlarin qırğızların türkmənlərin şəcərəsində ötən yüzilliklərdə qeydə alınmışdır. Tyan-şan dağlarının ətəklərində alban adlı boy günümüzə kimi yaşamaqdadır. Türkmənistanda indi də iki alban adlı yer var. Çinlilər qazax albanlarını Azebay-jen adlandırırlar. Rusca-Çincə lüçət kitabında alban sözünün Çin dilində tərcüməsi Azebay-jen şəkilndə tələffüz olunub”. ( Azərbaycan tarixi bakı 1996 səh 170)

661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Əməvilər Azərbaycana xüsusi maraq göstərir və vaxtaşırı xilafətin müxtəlif yerlərindən bu ərazilərə ərəb mənşəli əhalini köçürürdülər.

 

 

“Azərbaycanda qədimdən türklər yaşamışlar”

Əməvi xəlifəsi Müaviyə müntəzəm olaraq Azərbaycan barədə ətrafındakılardan məlumat alırdı. Bir dəfə xəlifə müaviyə Übeyd ibn Şariyədən Azərbaycan haqqında soruşur. O isə cavabında deyir ki, Azərbaycanda qədimdən türklər yaşamışlar ( Ziya Bünyadov: “Azərbaycan VII-IX əsrlərdə”Azərbaycan  dövlət nəşriyyatı Bakı 1989)

VII əsrdə baş verən bu söhbət Azərbaycan ərazisində türklərin ən azından eramızdan V-IV min il əvvəl yaşadığını və bu ərazilərin türklərə məxsus olduğunu bir daha təsdiq edir

X əsrdə yaşayan ərəb tarixçisi və səyyahı Əbülqasım ibn Havqəl “Əl-Məsalik vəl məmalük” ( (Yollar və məmləkətlər) və ya “Kitab-surət əl ard” adlanan kitabında 3 xəritə verib. Onlardan biri Azərbaycan adlanır. Bu xəritədə Arazın hər iki tərəfi vahid dövlətdə göstərilib. ( Nailə Vəlixanlı “Ərəb xilafəti və Azərbaycan”. Bakı 1993, səh129-130)

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti (861-1538) yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü.

X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.

Sacilər dövlətinin (879-941) əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövlətinin (941-981) paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər (981-1054) dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi

Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin (971-1086) əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun ( Uğur) dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.

Onu da deyək ki, eramızın ilk yüzilliklərində ölkə əhalisi arasında üztünlük təşkil edən və daha mutəşəkkil olan Oğuz türkləri vahid xalqın formalaşması prosesində önə çıxdılar. Başqa türk tayfaları kimi ilk Oğuzlar da qədim türk torpaqlarının bir hissəsi sayılan Cənubi Qafqaza, xüsusiylə də Azərbaycan ərazisinə Dərbənd keçidi vasitəsilə, həmçinin Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdılar. Yəqin məhz bu fakta görədir ki, Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də “Hun beli” adlandırır. Bundan başqa Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin verdiyi məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (Oğuz tayfası bayatları) adı ilə “Bayat qapısı” adlanması da dediklərimizi sübut edir. Həmin dövrdə Oğuz türkləri, ümumiyyətlə türklük, bütün Cənubi Qafqazda və Ön Asiyada, qəti olaraq, başlıca etnik-siyasi amilə çevrildi. Türk-İslam amili bütün Yaxın və Orta Şərqin, o cümlədən Qafqazın bundan sonrakı tarixində uzun müddət həlledici rol oynadı. Səlcuq axınları zamanı Oğuz türklərinin yeni-yeni toplumları Azərbaycan türk torpaqlarında məskən saldılar. Eyni kökdən olan və İslamı qəbul etmiş Oğuz-Səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdılar.

Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Eldənizlər dövlətləri Azərbaycan türklərinin dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan türklərinin etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə Azərbaycan türklərinin, Azərbaycan türk dili və mədəniyyətinin yayıldığı ərazi daha da genişləndi. Azərbaycan türk torpaqları uzun zaman bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti, Təbriz isə paytaxtı oldu. Bu böyük Türk-İslam imperiyalarının bir çoxunu məhz Azərbaycan-türk sülalələri idarə edirdilər.

Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və Oğuz türklərinin (Qaraqoyunlular, Ağqoyunlular, Səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan-türk dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsinə çevrildi. Sadə və anlaşıqlı Azərbaycan-türk dili məhdud bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan Türk sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, AzərbaycanTürk) dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan-türk millətinin maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan türk dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.

Azərbaycan türk millətinin böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan türk torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan türklərinin Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan-türk  dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər hökmdarların həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan-türk sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Əfşar türkləri arasından çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistana qədər olan əraziləri ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli türk dövlətləri yarandı.

Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan torpaqları xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzuolunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.   XVIII əsrin 40-cı illərində Azərbaycan da müstəqil Şəki, Qarabağ, Quba, Gəncə xanlıqları yaradıldı. Lakin rusların işğalçılıq siyasəti bu xanlıqların vahid dövlətdə birləşməsinə imkan vermədi.

XVIII əsrin sonunda Cənubi Azərbaycanda türk sülaləsi olan Qacarlar (1796-1925) hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan (Türk) xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Çar Rusiyasının işğalçılıq siyasəti yeritməsi səbəbindən torpaqlarımız qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycan (türk) əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Araz çayından şimalda olan ərazilərimiz Rusiya imperiyasının əsarəti altına düşdü: Şimali Azərbaycan Rusiyaya işğal edildi. Azərbaycan 1918-ci ildə öz müstəqilliyini əldə etdi və Şərqdə ilk demokratik cümhuriyyət qurdu. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan bolşeviklər tərəfindən işğal edilərək dövlət müstəqilliyini itirdi. 1991-ci ildə isə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here