“Müharibə hər an başlaya bilər”

0
379
Kiyevdə Ukraynaya dəstək məqsədilə beynəlxalq donor konfransı keçirilir. 
Konfransda Prezident Pyotr Poroşenko çıxış edib. P. Poroşenko müharibənin hər an başlaya biləcəyini söyləyib: “Minsk razılaşmaları tam yerinə yetirilməlidir. Müharibə təhlükəsi hələ də qalır və hər an yenidən başlaya bilər. Biz buna hazırıq. Qorxmalı olduğumuz yeganə şey qorxunun özüdür. Ümid edirəm ki, iki cəbhədə də – həm şərq cəbhəsində, həm də iqtisadi cəbhədə – belə bir qorxu yoxdur. Krımın ilhaqından sonra heç kim inanmırdı ki, Ukrayna ayağa qalxacaq və 23 il ərzində zəiflədilmiş ordusunu qısa müddətdə bərpa edəcək. Ukrayna xalqı müstəqilliyini və ölkənin sarsılmazlığını qorumaq üçün bu gün birləşib”.

 

ABŞ Ukraynaya 200 milyon dollarlıq hərbi yardım edəcək

ABŞ-ın 2016-ci maliyyə ili üçün müdafiə büdcəsi Ukraynaya göstəriləcək hərbi yardımın əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur. Belə ki, 2016-cı il, sentyabrın 30-dək Ukraynanın hərbi və təhlükəsizlik qüvvələrinə 200 milyon dollar məbləğində hərbi yardım ediləcək.

Qeyd olunur ki, adıçəkilən yardım o cümlədən ABŞ-ın müdafiə nazirinə Ukrayna təhlükəsizlik qüvvələrinə letal (öldürücü) silahlar ayrılması üçün xüsusi səlahiyyətlərin verilməsini  nəzərdə tutur.

 

Poroşenko və Merkel Donbasdakı vəziyyəti müzakirə ediblər

Ukrayna Prezidenti Petr Poroşenko və Almaniya kansleri Anqela Merkel arasında növbəti telefon danışığı olub. Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti bildirib: “Poroşenko və Merkel Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar, təmas qrupu və ATƏT-in xüsusi monitorinq missiyasının fəaliyyətinə toxunublar. Qeyd olunub ki, Donbasda atəşkəsin pozulması yolverilməzdir. Həmçinin, iki ölkə lideri Ukrayna-Avropa İttifaqı münasibətləri və Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlığı müzakirə ediblər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here