“Azərbaycan Avropa və Asiya arasında mədəni körpüyə çevrilib”

0
419

“Azərbaycan Avropa və Asiya arasında təbii-coğrafi körpüdür, indi isə Avropa və Asiya arasında mədəni körpüyə çevrilib”. Bu sözləri dünən Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, belə bir tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycanın müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirdiyini qeyd edib. Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşür. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səhnədə öz yerini tuta bildiyini söyləyib: “Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür”.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: “Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir”.

“Belə bir tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir. Tədbirdə dünya siyasətinə dair mühüm məsələlər müzakirə olunacaq. Yüksək səviyyəli siyasətçilərin bu tədbirdə iştirakı və mühüm məsələlərin müzakirəsi unikal imkandır”. Bunu ötən gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Nizami Gəncəvi Mərkəzi mühüm təsisata çevrilib: “İnanıram ki, bu Mərkəz gələcəkdə dünyada gərginliyin azaldılması, əməkdaşlıq üçün daha münbit şərait yaradılması üçün öz töhfəsini verəcək. Bu Mərkəz sosial, humanitar, siyasi məsələlərə dair məqamları müzakirə edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olub. Azərbaycan Avropa və Asiya arasında təbii-coğrafi körpüdür, indi isə Avropa və Asiya arasında mədəni körpüyə çevrilib. Azərbaycanda müxtəlif etnik və dini nümayəndələri tolerant şəraitdə yaşayıb, Azərbaycan beynəlxalq multikulturalizm mərkəzinə çevrilib, gələn ay da bununla bağlı mühüm tədbir keçirəcəyik”.

 Prezident İlham Əliyev deyib ki, Azərbaycan 20 ildir ki, müstəqildir və böyük nailiyyətlər əldə olunub: “Müstəqillik dövründə göstərdik ki, xalqımız öz gələcəyini özü qura, dünyada öz mövqeyini ortaya qoya bilər. Təbii ki, Azərbaycan enerji resurslarına malikdir, lakin müstəqil olmayan dövrdə həmin resurslardan yararlana bilmirdik. Azərbaycan II Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə ən mühüm rollardan birini oynadı, SSRİ-nin neftinin 70 faizini Azərbaycan təmin edirdi. Lakin müstəqillik dövründə iqtisadiyyatın durumu pis idi, xaos vəziyyəti vardı. Bizim qarşımızda həm də planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitar rejimdən demokratik rejimə keçid dururdu. Bu gün Azərbaycanda azad cəmiyyət var, siyasi dəyişikliklər davam edir”.

 “Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik”

Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn kobud surətdə pozulmasından əziyyət çəkdiyinə vurğulayıb: “Tarixi torpaqlarımız işğal olunub. Uzun illərdir ki, 1 milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkündür, Xocalı soyqırımına məruz qalmışıq.

Prezident bildirib ki, BMT sənədlərində və ATƏT-in Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi əsas götürülüb: “Sənədlərdə qeyd olunub ki, xalqların öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmamalıdır. Aqressiv separatizm davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, bu gün yeni münaqişələri görməzdik. Azərbaycan qəti şəkildə münaqişənin BMT-nin qətnamələri, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının qərarları əsasında, ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarıdır”.

“Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm və əməkdaşlıqdır”

İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq Azərbaycanın müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirdiyini qeyd edib: “Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir”.

Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.

 “Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib”

İ.Əliyev Azərbaycanın beynəlxalq səhnədə öz yerini tuta bildiyini söyləyib: “Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür”.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: “Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here