Ukrayna-Rusiya sərhədində gərginlik davam edir

0
368
Dünən Ukrayna-Rusiya sərhədindəki Staniçno-Luqanskoye sərhəd xidməti 300-ə yaxın terrorçunun hücumuna məruz qalıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən gün ərzində sərhəd məntəqəsinin ətrafında silahlı insanların cəmləşməsi müşahidə edilib: “Məntəqədən bir neçə yüz metr aralıda onlar blok-postlar və atəş nöqtələri qurublar. Bunun ardınca sərhəd dəstəsi terrorçuların hücumuna məruz qalıb. Onlar atıcı silahlar və qumbaraatanlardan atəşə başlayıblar. Sərhədçilər cavab atəşi açıb. Ümumilikdə altı hücum cəhdi olub. Sərhədçilərdən biri yaralanıb. Silahlıların olduğu yerə 4 təcili yardım maşınının gəldiyi qeydə alınıb”.

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyadan ölkə ərazisində daxil olan 3 avtomobilin saxlanıldığını da açıqlayıb: “Əvvəlcə “Mercedes-Vito” markalı avtomobil saxlanılıb. O, Rusiyadan gələcək avtomobilləri qarşılamalı və müşayiət etməli imiş. Bir müddət sonra qonşu dövlətin ərazisindən hərəkət edən iki “Qazel” saxlanılıb. Avtomobillərdə 28 ədəd AK avtomatı, 6 ədəd pulemyot, 2 ədəd “Muxa” tipli qumbaraatan, 4 ədəd snayper tüfəngi, 40 yeşik qumbara və sursat aşkarlanaraq götürülüb”.

Donetskdə 45 nəfər çeçen öldürülüb

Ukraynanın Donetsk vilayətindəki döyüşlərdə rusiyayönlü terrorçular tərəfindən döyüşərək, ölən çeçenlərin meyitilərini Çeçenistana gətiriblər.

Bununla bağlı məlumat verən yerli çeçen şahidlər onların sayının 35-dən 45-dək olduğunu söyləyiblər.

Çeçenistan Respublikasının rəsmiləri bu məlumatı şərh etmək istəməyiblər. Şahidlərin sözlərinə görə, həmin çeçenlərin meyitlərini yerli qəbiristanlıqlarda dəfn edirblər.

Cövhər Dudayevin dövründə Çeçenistanın Respublikasının deputatı olmuş, adının açıqlanmasının istəməyən çeçen deyib ki, ölənlər sovet dövrünün “Qərb” və “Şərq” adlı xüsusi təyinatlı batalyonlarının keçmiş döyüşçüləridir: “Orada çeçenlərin döyüşmədiyini deyənlər yalan danışır. Ölənlər haqda da heç kim danışmır. Onların arasında Urus-Martan, Qudermes və başqa rayonlardan olanlar da var”.

O, deyib ki, həmin döyüşçüləri “kadırovtsı” (Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun  adına -red.) adlandırırlar.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here