Zəlzələdə ölənlərin sayı 1800 nəfəri keçib

0
473

Ötən gün Nepalda baş vermiş güclü zəlzələ zamanı ölənlərin sayı 1805  nəfərə çatıb. Məlumatına görə, təbii fəlakət nəticəsində 4718 nəfər xəsarət alıb.

 Zəlzələnin episentri paytaxt Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə və 7,9 bal gücündə olub. Zəlzələ nəticəsində Katmandunun tarixi rayonuna ciddi ziyan dəyib.

Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Nepal hakimiyyəti ölkələrə humanitar yardımla bağlı müraciət edib.

Qeyd edək ki, bundan əvvəl Nepalda ən güclü zəlzələ 1934-cü ildə baş verib. 8,2 bal gücündə zəlzələ o zaman 10 000 nəfərin həyatına son qoyub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here