Əsrarəngiz şəhərlər

0
289
Adlarını ancaq kinolarda, əfsanələrdə, nağıllarda eşitdiyimiz elə qədim şəhərlər var ki, onların həqiqətən də var olduqlarını bir çoxlarımız bilmirik. Əsrlər keçdikcə tarixin qaranlıq səhifələrində itib batmış bu şəhərlər də zamanının ən məhşur şəhərləri olub. Sirlərlə dolu olan sözün əsl mənasında itmiş şəhərlərdən bir neçəsini təqdim edirik:
Karfagen

Bu şəhər antik dövrdə Romanın rəqibi finikiyalıların əsas şəhərlərindən biri olub. Aralıq dənizinin ən gözəl şəhərlərindən biri hesab edilən Karfagen e.ə 146-cı ildə romalılar tərəfindən dağıdılıb. Uzun illər sonra yenidən dirçələn şəhər 698-ci ildə ərəblər tərəfindən yenidən yerlə bir edilib.

Babil

Qədim dövrlərdə dünyanın ən gözəl şəhərlərindən biri də Babil olub. Əsrlər əvvəl Babil padşahı Navuxodonosor tərəfindən inşa etdirilən “Semiramidanın asma bağları” dünyanın yeddi möcüzəsindən biri hesab edilir. 19-cu əsrdə isə burada Şimal Sarayının və qala divarın qalıqları tapılıb. Şəhər sonuncu dəfə ABŞ-ın İraqı işğalı zamanı yağmalanıb.

 

Petra

İordaniyanın Lut gölü ilə Akabe körfəzi arasında yerləşən antik şəhər  e.ə 400-cü, b.e 106-cı illərində nəbatilərin paytaxtı olub. Roma İmperiyasının işğalından sonra 400-cü illərdə dağılan şəhərin qalıqları əsrlər sonra 1812-ci ildə isveçrəli bir səyyah Johann Burkhardt tərəfindən aşkar edilib. Petranın UNESCO tərəfindən Dünya Mədəniyyət Mirası siyahısına daxil edilib.

 

Akrotiri (Santorini)

E.ə 1500-cü illərdə vulkan püskürməsi nəticəsində yox olduğu sanılan Minoan sivilizasiyasının qalıqları Santorini adasında tapılıb. Alimlər bu qədim sivilizasiyanın yazısnıı hələ də oxuya bilmir. “Atlantis” əfsanələrinin də, bu sivilizasiyanın yox olması ilə bağlı olduğu ehtimal edilir.

 

Oradour-sur-Glane

Fransanın bu kiçik qəsəbəsi əslində məhv olmayıb. İkinci dünya müharibəsi zamanı burada yaşayan 624 qadın, kişi və uşaq “SS”lər (1933-1945-ci illər ərzində Adolf Hitlerin mühafizəçini həyata keçirən təhlükəsizlik təşkilatı) tərəfindən qətl edilib. Onların xatirəsi üçün qəsəbə döyüşdən sonra xarabalıq halında, olduğu kimi saxlanılır.

 

Kuelap

Perunun yüksək, meşəlik dağlarında tikilmiş, divarlarla əhatə olunmuş bu şəhər son zamanlarda ortaya çıxarılıb. Şəhərdə araşdırmalar aparan arxeoloqlar buradakı evlərin, məbədlərin və məzarların ətrafının 70-dən çox daş divarlarla hörüldüyünü aşkarlayıblar.

Tikal

Tikal şəhəri maya sivilizasiyasının paytaxtı olub. 4000 bina və 90 min abidənin yerləşdiyi qədim şəhər 900-cu illərdə tərk edilib.   Şəhərin boşaldılmasının səbəbi  hələ də sirr olaraq qalmaqdadır. Şəhər 19-cu əsrdə avropalılar tərəfindən aşkar edilib.

 

Maçu Pikçu

İnk İmperatorluğu 1530-cu illərdə İspanlar tərəfindən məhv edildikdən sonra bu möhtəşəm şəhər də tarixin qaranlıq səhifələrində itib batıb. Olduqca yüksək bir məntəqədə yerləşən şəhər 1911-ci ildə amerikalı səyyah Hiram Binqham tərəfindən yenidən ortaya çıxarılıb.

 

Troya

Bu şəhərin yalnız Homer dastanlarında keçən xəyali bir şəhər olduğu bilinirdi. Lakin 19-cu əsrdə Arxeoloqlar Anadoluda Troyaya aid ilk qalıqlara rast gəliblər. Qazıntılar genişləndikcə “İlliada”dakı hekayənin doğruluğunu sübut edən bir çox dəlil ortaya çıxıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here