Əsrlərə şahid olan qala və saraylar

0
300
Qış sarayı – Ermitaj (RUSİYA)
Sankt-Peterburqda Neva çayının sahilində yerləşən yaşıl-ağ rəngli tayı- bərabəri olmayan bu tikili rus arxitekturasının ən gözəl nümunələrindən biridir. Hər il 3 milyon 100 min nəfərin ziyarət etdiyi bu saray 1057 otaq, 1786 qapı, 1945 pəncərədən ibarətdir. İmperatriça Yekaterinanın yaşadığı bu saray 1917-ci ildə Bolşevik inqilabına qədər çarların istifadəsində olub. Bu gün məhşur rəssam Da Vinçinin ən zəngin kolleksiyalarından biri bu muzeydə saxlanılır.

Versal sarayı (FRANSA)

Hər il 7 milyon yarım turistin ziyarət etdiyi saray Kral Louisin yetmiş iki illik rekord hökmdarlığı əsnasında tikilib. Kralın 1600-cü illərin sonlarında inşa etdirdiyi dəbdəbəli saray sözün əsl mənasında krallara layiqdir. Sarayın ən gözəl hissəsi isə, “Aynalı Salon” və “Marie Antoinettenin” otağıdır. Bu sarayda gəzərkən hər dəfə başınızı yuxarı qaldırmağınız məsləhətdi. Çünki sarayın tavanı qeyri-adı bəzəklərlə bəzədilib.

Luvr muzeyi (FRANSA)

Hər il 9 milyon 300 min nəfərin ziyarət etdiyi Luvr muzeyi kralların sarayı olaraq istifadə edilib. XII əsrdə əsası qoyulan bu qala min illərlə krallara ev sahibliyi edib. Artıq dünyanın ən məşhur muzeyi və “Mona Lisa”nın evi olan bu nəhəng qalanı gəzmək üçün  bir gün vaxt lazımdır. Luvr muzeydə bələdçisiz gəzmək demək olar ki, mümkün deyil. Çünki, o qədər böyükdür ki, axtardığınız heç bir eksponatı tapmaq mümkün deyil.

 

Şönburn sarayı (AVSTRİYA):
441 otaqlı rokoko üslubundakı bu zərif bina 300 ilə yaxın Habsburq Xanədanının yay sarayı kimi istifadə edilib. Motsartın altı yaşındaykən konsert verdiyi bu sarayı hər il 20 milyon 800 min nəfər ziyarət edir. Sarayın 40 otağı ziyarətçilərə açıqdır. Ancaq əsas gözoxşayan mənzərəli yeri bağçalarıdır. Buranı gəzmək üçün ən gözəl zaman aprel ayıdır. Sarayda dünyanın ən qədim, ancaq ən müasir şərtlərdə xidmət verən nəhəng bir zooparkı fəaliyyət göstərir.

Şuri qalası (YAPONİYA):

Çin üslubundakı səkkiz qapıdan keçən hər kəs özünü Şərq nağılıllarının içərisində tapacaq. Orta əsrlərin ən əhəmiyyətli mərkəzlərindən bir olan bu qala 400 il boyunca Ryukyu padşahlarının iqamətgahı olub. İkinci dünya savaşı zamanı yerlə bir edilən qala-sarayın bərpası 1990-cı illərdə tamamlanıb. Qeyd edək ki, sarayı ildə 1 milyon 750 min nəfər ziyarət edir.

Elhambra sarayı (İSPANİYA):

İllik ziyarətçi sayı 2 milyon 300 min nəfər olan bu saray Əndəlüs Əməvilərinin İspaniyadakı tarixi-mədəni irsin ən gözəl bir parçasıdır. Qala-saray, labirent bağçalar və həyətlər, günəş batarkən qızılı rəngə dönən divarlarıyla turistləri özünə cəlb edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here