Yaxşı üzə bilməyən uşaqlar bağırsaq infeksiyasına yoluxur

0
467
Mütəxəssislər üzə bilməyən uşaqların daha çox su udduqları üçün bağırsaq infeksiyasına yoluxma ehtimalının daha çox olduğunu bildirirlər. 
Uşağa 3 yaşından üzməyi öyrətmək lazımdır. Sağlamlıq şərtlərinə cavab verməyən, mütəmadi olaraq təmizləməyən hovuzlar infeksiya mənbəyidir. Hovuzun suyu vaxtlı-vaxtında dəyişdirilməli, sanitar-gigiyenik qaydalar nəzarət altında saxlanılmalıdır. Uşaqlar hovuz və dənizdən çıxdıqdan sonra dərhal bol su ilə təmiz duş qəbul etməlidirlər. Bu zaman sabundan istifadə olunmaması məsləhətdir. Çünki sabun duş qəbul edərkən dərini qurudur. Gözəl qoxulu, xoş rəngli məhsullar allergiyaya yoluxma ehtimalı olduğundan körpə və uşaqlar üçün uyğun deyil.Körpələr və uşaqlar üçün nəmləndiricilərdən istifadə etmək daha məqsədəuyğundur

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here