“Bəzən günlərlə gördüyümüz iş bir saatın içində heç olur”

0
351
Quba rayonunun iqtisadiyyatının əsasını bağçılıq, əkinçilik, tərəvəzçilik və heyvandarlıq təşkil edir. 
Ötən il rayonda 108 min ton meyvə, 14 min 109 ton tərəvəz məhsulları, 10 min 850 ton kartof, 49 min ton taxıl istehsal edilib. Yüksək iqtisadi inkişafa nail olunması və həm də bu sahələrin paralel inkisafını təmin etmək üçün meliorativ tədbirlərin düzgün və vaxtında həyata keçirilməsi çox vacibdir. Bu yöndə Quba Suvarma Sistemləri İdarəsi kollektivinin üzərinə böyük vəzifələr düşür. İdarənin rəisi Nazir Dadaşov görülən işlər və qarşıda duran vəzifələr barədə deyir:

– Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra meliorasiya və su təsərrüfati sistemlərinin isini müasir tələblər səviyyəsində qurmaq üçün bir sira mühüm layihələr həyata keçirilib. Suvarma-meliorasiya sistemlərinin işini yaxşılaşdırmaq, bu sahəni daha da inkişaf etdirmək ölkə Prezidentinin də diqqət mərkəzindədir. Məlumdur ki, ötən əsrin sonlarında respublikamızda, eləcə də rayonumuzda torpaq islahatı həyata keçirilib. Sovxoz və kolxozların bazasında kəndli-fermer təsərrüfatları təşkil olunub. Əgər əvvəllər biz 30 sovxoz və kolxozla müqavilə bağlayıb onları suvarma suyu ilə təmin edirdiksə, bu gün sudan istifadə edən təsərrüfatlarin sayi 30 mindən çoxdur. İdarəetmədə yeni metodların tətbiqi artıq səmərəsini verib. Rayonumuzda, demək olar ki, bütün ərazilərdə suvarmaya yararlı torpaq sahələrini birbaşa suvarma suyu ilə təmin edən və onun müqabilində su pulunun yığılmasını, təsərrüfatdaxili suvarma sistemlərinin təmirini, onların qorunub saxlanılmasını və suvarma suyunun özəl torpaq sahəsində limit çərçivəsində düzgün bölüşdürülməsini təmin edən 12 Birlik fəaliyyət göstərir. Sudan istifadə edənlər birlikləri (SİB) üçün Dünya Bankının vəsaiti hesabına ofislər tikilib, onlar lazımi avadanlıqlarla təmin olunublar. SİB-lərlə bağladığımız müqavilələrə əsasən, 26,033 hektar suvarılan torpaq sahəsini il ərzində 4-5 dəfə suvarma suyu ilə təmin etməliyik. Sahələrin 13 min 843 hektarını bağlar təşkil etsə də, qalan sahələrdə dənli, tərəvəz-bostan bitkiləri, yem bitkiləri əkilir. Kollektivimiz çalışır ki, bütün suvarma işləri vaxtlı-vaxtında həyata keçirilsin, bu sahədə ləngiməyə yol verilməsin ki, məhsuldarliq aşağı düşməsin.  Quba rayonunun ərazisindən keçən çaylarda sahilbərkitmə işlərinin aparılması da çox vacibdir. Bizim işimiz elədir ki, bəzən günlərlə gördüyümüz iş bir saatın içində heç olur. Yəni çaya sel gəlir, qurduğumuz bəndləri yuyub aparır. Buna görə də sahilbərkitmə işlərinə xüsusi diqqət yetirilir. Kəndlərin sudan mühafizəsi məqsədilə daş-beton bəndlər qurulur.  Rayonumuzun ərazisindən keçən çayların sahillərində yerləşən irriqasiya sistemlərinin, infrastruktur obyektlərin sel və daşqınlardan qorunması üçün təhlükə gözlənilən hissələrdə çay məcralari 363,3 min kubmetr həcmində təmizlənib və sahilqoruyucu torpaq bəndlər qurulub. Bu islər müntəzəm olaraq davam etdirilir. Bir neçə gündən sonra – iyunun 5-i Su Təsərrüfati və Meliorasiya İşçiləri Günüdür. Bu bayram təkcə bizim deyil, ümumən bütün sudan istifadə edənlərin, kənd təsərrüfati ilə məsgul olanlarin bayramıdır. Su həyatdır, su güclü iqtisadiyyatdır, bolluqdur, təknəmizin bol çörəyidir. Ondan qənaətlə istifadə edilməlidir. Hər bir sudan istifadə edən bilməlidir ki, dövlət suyu onlara çox ucuz qiymətə – hər min kubmetrini vur-tut 50 qəpiyə satır. Bu o demək deyil ki, istifadə zamanı israfçılığa yol verilsin. Pesə bayramı münasibətilə melioratorlarımızı və sudan istifadə edənləri təbrik edirəm. Onları əmin edirəm ki, kollektivimiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, suvarma suyuna olan tələbatı ödəmək üçün bütün imkanlardan istifadə edəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasında əlindən gələni əsirgəməyəcək.

Qəhrəman Qasımov, Qubada nəşr olunan

“Şəfəq” qəzetinin redaktoru.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here