“Qara qartal”, “sarı bülbül”, “aslan”…

0
341
Türkiyə Super Liqasında mübarizə aparan futbol komandalarının simvollarının maraqlı bir tarixçəsi var.  Komandalardan bəziləri simvollarını heyvanlardan, bəziləri isə şəhərlərinin tarixindən alıblar. Bu rəmzlər çox vaxt oyun zamanı tərəfdarların alovlu şüarlarına çevrilir.
“Beşiktaş”: Türkiyənin ən məhşur futbol komandalarından biri olan “Beşiktaş” futbol komandasının simvolu olan “qara qartal” bir tərəfdarın şüarından götürülüb. Ağ-qaralar 1940-1941-ci illərdə Liqanın sonuna 5 həftə qalmış Şərəf Stadionunda keçirilən Beşiktaş-Süleymaniyyə matçında yüksək nəticə göstəriblər. Bu qarşılaşmanın ikinci yarısında “Beşiktaş” futbolçuları rəqib komandanı sanki “mühasirə” altına alıblar. Bu zaman  tribunadan Mehmet Qalin adlı bir tərəfdar “Haydı qara qartallar”, “Hücum edin qara qartallar” deyərək qışqırıb. Stadionu dolduran minlərlə tərəfdarların da diqqətini çəkən bu sözlərdən sonra qara qartal komandanın simvoluna çevrilib.“Fənərbağça”: “Fənərbağça”nın simvolu olan sarı bülbül (sarı kanarya) komandanın məşhur qapıçısı Cihat Armandan götürülüb. 1939-cu ildə “Fənərbağça”ya transfer olan qapıçı Cihad Arman futbol həyatını 1952-ci ilə qədər davam etdirib. Həmin vaxtlar Türkiyənin ən yaxşı qapıçılarından biri olan və “uçan qapıçı” ləqəbini alan Arman oyunlara həmişə sarı forma ilə çıxıb. Arman həmin qarşılaşmada qapının “doqquzluq” adlanan küncünə gedən topu gözəl bir hərəkətlə geri qaytarıb. Bu zaman tərəfdarlardan biri “Bülbülümə (kanaryama) bax yenə uçdu” deyə qışqırıb. 1952-ci ildə qurulan gənc heyətin ard-arda qazandığı çempionluqlarla bağlı mətbuatda “Sarı bülbül yenə gözəl oynadı” şəklində yazılar yazılıb. Bundan sonra sarı bülbül (kanarya) komandanın simvoluna çevrilib. “Qalatasaray”: “Qalatasaray”ın simvolu olan “aslan” isə futbolçu Nihat Bedikdən götürülüb. Kluba 8 il kapitanlıq edən, 18 dəfə geyindiyi milli komanda formasını 8 dəfə kapitan olaraq daşıyan Bedik 1936-cı ildə futbolçu karyerasına son qoyub. Futbol oynadığı dövrlərdə “Aslan Nihat” olaraq çağrılan Bedik həyatını həsr etdiyi “Qalatasaray”a öz ləqəbini miras qoyaraq gedib. “Trabzonspor”: “Trabzonsporun simvolu isə qəzetlərdəki xəbərlərdən sonra ortaya çıxıb. Mətbuatda komandaya “pələng” adı verilib. Ancaq “Trabzonspor” son illərdə milli və beynəlxalq arenada “Qara dəniz fırtınası” olaraq tanınmağa başlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here