“Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı 81-ə çatıb

0
263

Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən yayımlanan televiziya kanallarının sayı artıb. Hazırda peyk vasitəsi ilə 81 TV kanalı və eləcə də 16 radio izləyicilərə təqdim olunur. “Azerspace-1” peykinə dünyada maraq böyükdür və bu səbəbdən də yayımlanan telekanalların sayı günü-gündən artır.

Məlumat üçün bildirək ki, “Azerspace-1” telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here