Bu milli düzəlsə…

0
306
Hər gələn məşqçi bir hava çalır,
Sümüyə düşməyir, hamı mat qalır,

Azarkeş hirsindən xəyala dalır,

Bu milli düzəlsə, atama lənət.

 

Vəsfinə söz tapmır biçarə aşıq,

Sanki üz döndərib eyləyib acıq.

Hər kəsin üzünə qapımız açıq,

Bu milli düzəlsə, atama lənət.

 

Soyuda bilmirəm daha hirsimi,

Boğmaq da çox çətin fanat hissimi,

Adi klublar da yolur qaz kimi,

Bu milli düzəlsə, atama lənət.

 

Bax mənim halıma nə ola sən bir,

Nə hövsələm qalıb, nə də ki səbir.

Hətta düzəldəcək qozbeli qəbir,

Bu milli düzəlsə, atama lənət.

 

Baxan yox məndəki bu aha-ofa,

Şişməsin neyləsin bu yazıq qafa.

Yenə də deyirəm, eşit, ay AFFA,

Bu milli düzəlsə, atama lənət.

Q. Rəsulov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here