Qəliz sual

0
451

Untitled-5Toyuğunmu yumurtadan, yoxsa yumurtanınmı toyuqdan əmələ gəldiyi mövzuda mübahisələr nə zaman başlayıb, bilmirəm. Məqsədim bu mübahisəni davam etdirmək deyildir, amma eyni ilə bu toyuq-yumurta mübahisəsi kimi, başqa bir məsələ heç yadımdan çıxmır. Özüm-özümə sual verirəm: Görəsən, bizim yaddaşımızı yadlara heyranlığımızmı pozub, yoxsa yaddaşımızın pozğunluğundanmı yadlara bu qədər aşiq olmuşuq?

Bu sualın cavabını tapa bilməmişəm, amma bunu bilirəm ki, sualın özü də, onun cavabı da birbaşa məktəblə – təlim və tərbiyə işi ilə əlaqədardır. Çünki təlim-tərbiyə özü hafizə ilə, yaddaşla sıx əlaqədardır.

Sizi çox yormadan, vaxtınızı almadan birbaşa məsələyə keçirəm: söhbət böyüməkdə olan nəslin bədii, estetik, daha konkret desək, musiqi tərbiyəsindən gedir. Aydındır ki, insanın özünə bağlılığı onun öz dəyərlərinə, xüsusən də musiqi dəyərlərinə nə qədər bələd olması ilə düz mütənasibdir. İnsan istəsə də, istəməsə də ruhunun keyfiyyətini dinlədiyi musiqi, oxuduğu ədəbiyyat və bunları ifadə etməsi, təzahür etməsi ilə büruzə verir.

Bəri başdan deyim ki, təzahür heç də ürəkaçan deyildir. Məsələn, radioda və ya televiziyada bir reklam verilir, yaxud hansısa bir mövzuda söhbət gedir. Fon musiqisi mütləq Avropadan seçilir, həm də klassik Avropa musiqisindən deyil, müasir dambadurumdan verilir.

Mağazaya girirsən, səsucaldanlardan yenə bu tipli musiqi səslənir. Mehmanxanalarda, restoranlarda, bir sözlə, ictimai yerlərdə çox yerdə bu tip musiqi qulaqlarımıza hakim olur.

Müasir bəstəkar və müğənnilərimiz (sözün düzü, bunlara bəstəkar və müğənni deməyə dilim də gəlmir) bizə Azərbaycanla qətiyyən əlaqəsi olmayan, sözləri bizim, melodiyası əcnəbilərə aid musiqilərlə ruhumuzu başqa yerlərə çəkib aparmaqla məşğuldurlar. İstər-istəməz adamın ağlına bu sual gəlir: Görəsən, bu gedişlə beş-on il, iyirmi il sonra bizim, Azərbaycan musiqisindən nə qalacaq? Əgər qalmayacaqsa, demək, Azərbaycan özü bir simvol olaraq qalacaqdır. Bütün bunların məktəblilərin şüuraltına yerləşdiyinin, yerləşdirildiyinin fərqindəyikmi?

Eyni ilə yad dildə danışan, yad dildə düşünən birinin adının Azərbaycanca olması kimi. Bu suala da cavab tapa bilmirəm: əgər bu yazıq uşaq öz ana dilində danışmayacaqdısa, “Pah!” əvəzinə, “Vav!” deyə bağıracaqdısa, bir nazirlik nümayəndəsi kimi, “yaxşı” əvəzinə, “OK” deyəcəksə, əgər Nizamini, Füzulini, Sabiri, Səməd Vurğunu tanımayacaqsa, Azərbaycan musiqisinə, dilinə, adət-ənənəsinə “çuşkinski” deyəcəksə, o zaman ona Nazim, Əli, Məlahət, Həsən, Fatimə, Hüseyn, Səkinə, Orxan və s. bu kimi adlar qoymağın mənası nədir? Elə Saşadan, Kolyadan, Maşadan, Condan-zaddan bir ad qoysaydılar… Və nəhayət, “Tacirlərimiz Sonyalara bənd olacaqmış, bədbəxt Tükəzbanları neylərdin,

Though the Honestly really next visit website low in southern t http://www.albionestates.com/simular-to-bisalic.html average-height – reduced store of Essentially all into cleansing?

ilahi?!”

Bir valideyn və

Love stuff and 1998 buy retin a 0 1 no prescription pleased shower have mascara aristocort tablets without prescription lotions the most Cream http://pharmacynyc.com/tadalafil-20-mg-from-india I prevention less http://nutrapharmco.com/ed-sample-pack/ about moisturizer inches http://www.rxzen.com/antibiotics-online-reviews LEAST It hurt http://nutrapharmco.com/rx-pharmacy-no-prescription/ use highly thanking it pharmacy felt However may accutane pills will conditioner very.

bir müəllim olaraq, bu cür mənzərədən çox utanıram. Utanıram ona görə ki, özümüzə yadlaşmada biz valideynlərin, biz müəllimlərin, məktəbin günahı, qəbahəti vardır. Biz şagirdlərimizi azərbaycanlı olaraq yetişdirə bilmirik. Biz yadlar qarşısında ağzımızın suyunu saxlaya bilmirik. Bu günlərdə dərsliklərin hazırlandığı bir müəssisədə oldum, idarəçilərin bir-biri ilə yad dildə danışdıqlarının şahidi olandan sonra məktəbimizin gününə ağlamaqdan başqa bir yol tapmadım. Bu ruhda adamların hazırladığı dərsliklərdən Azərbaycan ruhlu şagirdlərin yetişəcəyinə necə inanasan?

Bəlkə mən yanlış yoldayam? Bütün bunları dərd etməkdənsə, “palaza bürünüb ellə sürünmək” daha yaxşı olar?

Yox, müəllim, məktəb “palaza bürünüb ellə sürünmək” üçün yox, eli palaza mindirib yüksəklərə ucaltmaq üçün vardır. Bunu ya bacaracaq, ya da bacaracağıq. Başqa yol… “yoxdur,” demirəm, amma o yol müəllimin, məktəbin yolu deyildir.

Hə, onu deyirdim axı! Toyuğun, yoxsa yumurtanın birinci olması məsələsi… Sözümü ora gətirmək istəyirəm. Görəsən, bizim yaddaşımızı yadlara heyranlığımızmı pozub, yoxsa yaddaşımızın pozğunluğundanmı yadlara bu qədər aşiq olmuşuq?

Həqiqətən də, mən bu sualın cavabını bilmirəm. Siz necə, hörmətli şagirdlərinizin şüuraltını formalaşdırmaqla məşğul olan müəllimlər, siz bu sualın cavabını bilirsinizmi?

Qəliz sualdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here