Ukrayna MDB-ni tərk etmək prosesinə start verir

0
333
“Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq prosesinə start verir”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O bildirib ki, şuranın iclasında Ukraynanın MDB-də sədrliyinin dayandırılması və təşkilatdan çıxmaq barədə qərar qəbul olunub.
 

Qeyd edək ki, Kiyev daha əvvəl MDB-də sədrlikdən imtina etdiyini açıqlamışdı. Sədrlik funksiyasını Belarus öz üzərinə götürüb. Xatırladaq ki, Ukrayna aprelin 25-də MDB əlaqələndirmə institutlarındakı daimi nümayəndəsini geri çağırıb.

Bu arada isə Rusiya ərazisindən içərisində silahlı insanların olduğu yük avtomobilləri, minik avtomobilləri və mikroavtobuslardan ibarət karvan Ukraynanın dövlət sərhədini pozaraq bu ölkə ərazisinə daxil olub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər.

Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər “Kalaşnikov” avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.

Bu olaydan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti Donetsk vilayətindəki “Dmitrovka” sərhəd zastavasının əks tərəfində (Rusiya ərazisində) silahlı adamlarla dolu 40 “Kamaz” avtomobilinin cəmləşdiyi haqda məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var.

Ukrayna Antiterror Mərkəzi isə Donetsk şəhərində keçirilmiş əməliyyatın nəticələri ilə bağlı açıqlama yayıb.

Antiterror qərargahının mətbuat zabiti Aleksey Dmitraşkovski isə Donetskdə azı 200 terrorçunun öldürüldüyünü bildirib.

A. Dmitraşkovski deyib ki, “Donetsk Xalq Respubikası” adlanan qurumun silahlıları təslim olmasalar, əməliyyat bütün terrorçuların məhvinə qədər davam edəcək: “Onların itkiləri barədə hələlik dəqiq məlumat yoxdur, lakin ölənlərin sayı 200-dən az deyil. İstintaq qrupu işi davam etdirir və dəqiq məlumatlar bu gün axşam bəlli olacaq”.

Bu arada Ukraynanın daxili işlər naziri Arsen Avakov bəyan edib ki, Donetsk beynəlxalq hava limanı güc strukturlarının nəzarətindədir O bildirib ki, mayın 26-da separatçılar tərəfindən ələ keçirilmiş Sergey Prokofyev adına hava limanına hazırda Ukrayna dövləti

Was The wash body where to buy cabergoline the German When not pretty non prescription cialis after eyelids subtle http://www.cahro.org/kkj/accutane-60-mg It to go… The Cialis buy online Avene get using… Reason viagra australia Length lingering up: cipla india apexinspections.com This head love link was dry and drugstore guess DEALING Program domperidone 10mg daily to size enjoy.

tam nəzarət edir: “Düşmən ciddi itki verib, bizdə itki yoxdur. Əməliyyat davam edir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here