Buraxılış və digər imtahanların vaxtı açıqlanıb

0
232
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək buraxılış və digər imtahanların vaxtını açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, buraxılış imtahanları peşə liseylərinə martın 15-də, 1-ci istiqamət (Bakı) iyunun 2-də, 2-ci istiqamət (region) iyunun 6-da,  3-cü istiqamət (region) iyunun  11-də, 4-cü istiqamət (region) üzrə isə iyunun 16-da keçiriləcək.

Eksternat imtahanı, əvvəlki il məzunlarının qəbul imtahanı, orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan) və ali təhsil müəssisələrinə V qrup üzrə qəbul imtahanı isə iyulun 2-də təşkil ediləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu (I- IV qruplar) 01- 30 aprel, ərizə qəbulu (V qrup) 5- 18 may, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) 15- 30 aprel, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) – 06- 19 may, Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması 1- 31 mart tarixində olacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) aprelin 26-da, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) iyulun 7-də, qəbul imtahanı (əvvəlki illərin məzunları) II və III qruplar üzrə mayın 17-də, qəbul imtahanı (əvvəlki illərin məzunları) I və IV qruplar üzrə mayın 24-də, qəbul imtahanı (cari ilin məzunları) I və IV qruplar üzrə iyulun 14-də, qəbul imtahanı (cari ilin məzunları) II və III qruplar üzrə iyulun 25-də, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) 15 iyul-5 avqust, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) 19 iyul-5 avqust, ixtisas seçimi (I-V qruplar) 30 iyul-11 avqust, boş qalan yerlərə ixtisas seçimi (I-V qruplar) 14-19 avqust tarixlərində keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə qəbulu 5-18 may, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur 6-19 may tarixində təşkil olunacaq. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması 1-31 mart, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) 26 aprel, Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) 7 iyul, qəbul imtahanı (əvvəlki illərin məzunları) 2 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 15 iyul-5 avqust, ixtisas seçimi 14-19 avqust, boş qalan yerlərə ixtisas seçimi isə 27-31 avqust tarixlərində olacaq.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbulu 1-31 may, qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat 20 may-2 iyun, qəbul imtahanı (əvvəlki illərin məzunları) 2 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur 7-11 iyul, ixtisas seçimi 8-15 iyul, boş qalan yerlərə ixtisas seçimi 1-10 avqust tarixlərində keçiriləcək.

Monitorinq imtahanları 6 və 7-ci siniflər üçün 6, 7 aprel (region), 9, 10 aprel (Bakı), 11-ci sinif üçün 15, 16, 17 aprel (Bakı), 20, 21 aprel (region) tarixində olacaq.

22 fevralda magistraturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək, 1-10 apreldə isə proqram seçimi, 26 apreldə qəbul imtahanının 2-ci mərhələsi, 7-12 mayda ixtisaslaşma seçimi, 22-28 iyunda isə boş qalan yerlərə ixtisaslaşma seçimi aparılacaq.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ) 15 martda, qəbul imtahanı (2-ci mərhələ) 7 iyulda, ixtisaslaşma seçimi 10-14 iyulda, boş qalan yerlərə ixtisaslaşma seçimi 21-24 iyulda keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları isə 5, 12, 19 aprel, 3 may tarixlərində təşkil olunacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here