“İstəyirəm ki bu söz-söhbətlər artıq sona çatsın”

0
389

Əvvələr “Polis Akademiyası”, “Qartal-95”, “Dinamo” kimi adlandırılan komanda 2004-cü ildə “Baghlan Grup” himayəçiliyinə keçdi. Bundan sonra klubun adı dəyişilərək “Bakı” adlandırıldı. Elə komandanın uğurlu günləri də bundan sonra başlayıb. Hafiz Məmmədovun prezidenti olduğu klub  iki dəfə 2005-2006 və 2008-2009 cu illərdə Azərbaycan Premyer Liqasının qalibi olub.  Bunadan başqa “Bakı”lılar  üç dəfə ölkə kubokunu qazanıblar. “Hafka” ləqəbli biznesmen Hafiz Məmmədov “Atletiko Madrid” və “Lans” kimi avropada kifayət qədər tanınmış klubları da öz himayəsinə götürmüş, onların timsalında Azərbaycanı təbliğ etməyə çalışmışdır. Ancaq Hafiz Məmmədovun biznesinin yolunda getməməsi “Bakı” klubunun işini çətinə saldı. İki dəfə Azərbaycan çempionu olmuş “Bakı” bu mövsüm  turnir cədvəlinin sonlarında qərarlaşıb. Ağır günlərini yaşayan klub, Topaz Premyer Liqasının üçüncü dövrəsinə məlum səbəblərdən  çox pis başladı.  Üçüncü dövrənin beş turundan sonra 4 dəfə meydana çıxan İbrahim Uzuncanın yetirmələri bu oyunların üçündə məğlub olub. Komandadakı son durumu öyrənmək üçün klubun baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxladıq.

– “Qəbələ”, “Qarabağ “ və “İnter” komandaları ilə keçirdiyiniz üç oyunda “Bakı”  qapısından10  top buraxdı. Bu hal komandanın müdafiəsində boşluqlar oluduğunu deməyə əsas verir. “Bakı”nın əsas problemini  siz daha yaxşı bilərsiniz?

– Bizim komandanın əsası, futbolçuların əksəriyyəti gənclərdir. “Bakı”nın heyətində 1996-1997-ci il təvvəlüdlü futbolçular var. Əgər diqqət etmisinizsə, “Qarabağ” və “İnter”lə oyunlarda hələ 8 dəqiqə olmamış biz 0:2 hesabı ilə məğlub olurduq. Təcrübəli futbolçular olsaydı biz bu dəqiqədə bu hesabla uduzmazdıq. Yenə də deyirəm futbolçular hələ gəncdir və çox tez səhv edirlər. Ancaq Topaz Premyer Liqasındakı hakimlər də yerli yersiz penalti təyin edirlər. Belə olanda futbolçular çox tez ruhdan düşür. Hazırki “Bakı”nın heyətində çıxış edən futbolçulardan 6-7-si ilk dəfədir ki, Topaz Premyer Liqasında top qovurlar. Mən deyərdim ki, bizim komandanın heyətində təcrübəli futbolçu olaraq təkcə Jaba var. Kipirdən olan Pelagias Georgiosu da bəzən oynadırıq bəzən isə yox. Nurlan Novruzov belə keçən il “Bakı”da oynayıb amma çox vaxt ehtiyatda qalıb.  Nurlan bu ildən əsas heyətdə çıxış etməyə başladı. İndiki heyətimizdəki futbolçular isə “Bakı futbol Akademiyası”nın yetrimələridir, onlar elit səviyyədə futbol oynamayıblar və buna görədə çətinlik çəkirlər. Mənim dəmək istədiyim budur ki, bizim klubda Jabadan başqa bütün futbolçular  təcrübəsizdir.  Ancaq ümumilikdə “Bakı”nın oyununa baxdıqda biz gənc futbolçularımızın çıxışlarında məmnunuq. Onlar həvəslə, çatdıra bildikləri qədər oynayırlar. Baxın bizim futbolçularımız mənə deyir ki, biz hələ bir neçə ay əvvəl Rəşad Sadıxovun, Rahid Əmirquliyevin, Rəşad Sadiqovun oyununa böyük heyranlıqla televizordan izləyirdik. İndi isə birdən birə bu futbolçularla üzbəüz qaldıq. Bizim dörd oyuna 10 top buraxmağımızın da səbə budur. Amma mən inanıram ki, mən futbolçularım oyundan oyuna daha yaxşı çıxış edəcəklər və təcrübələrini artıracaqlar.

– Topaz Premyer Liqasının 24-cü turunda sizi Lənkaran səfəri gözləyir. “Xəzər Lənkəran”da sizin kimi yeni heyət formalaşdırıbdır. Siz bu oyundan nələr gözləyirsiniz?

– Düz söylədiniz. Lənkəran təmsilçisi də bizim kimi eyni yolu seçdi. İndi onlar da daha çox yerli və gənc futbolçulara üstünlük verirlər. Onların da bizim kimi, bir neçə legionerləri qaldı. Düçünürəm ki, iki bərabər səviyyəli komandanın qarşılaması olacaqdır. Bu oyunun maraqlı keçəcəyini əvvəlcədən demək olar. Lənkarandakı oyunda daha yaxşı oynayan, meydanda mübarizə aparan və rəqibinə nisbətdə daha çox istəkli olan komanda qələbə qazanacaqdır. İnşallah ki, Lənkərandakı oyunda  qələbə qazanan klub “Bakı” olacaqdır.

– Topaz Premyer Liqasındakı hakim idarəçiliyi sizi qane edirmi?

– Mən hakimlər haqqında heç vaxt söz deməmişəm və demək də istəmirəm. Sadəcə olaraq hakimlərin, bizim kimi komandalarda yetişən gənc futbolçulara meydanda köməkçi olmasını istəyirəm. Bu sözü penalti olsun yada olmasın mənasında demirəm. Uşaqların futbol oynaması üçün futbolçularıma meydança daxilində kömək etsinlər. Mənim sözlərimi səhv anlamayın. Mən demirəm ki, hakimlər bizə onbirmetirlik cərimə zərbəsi versinlər. Xeyir bizə bu lazım deyil. Sadəcə olaraq öz işlərinə diqqət etsinlər. Hakimlər idarəçiliklərini düzgün etssinlər bu bizə bəsdi. Allah onların işlərini qaydasına salsın.

– Hardasa 10 gündən sonra sizi Azərbaycan kuboku uğrunda çempion “Qarabağ”la qarşılaşma gözləyir. Topaz Premyer Liqasının 20-ci turunda futbolçularınız “Qarabağ”a 4-1 hesabı ilə məğlub olmuşdu. Yəqin ki, ölkə kuboku oyununda bu səhvlər üzərində işləyib eyni xətaları buraxmamağa çalışacaqsınız.

– Əlbbətdəki biz xətalarımız üzərində işləyirik. Hər oyundan sonra biz matçı diskə çəkib onlara baxırıq. Ekrandan xətaları görmək daha asan olur. Hər oyundan bir dərs çıxardırıq və uşaqlara deyirəm ki, bax bu səhvləri etmisiniz gələn oyunda daha diqqətli olun. Əlbətdəki biz “Qarabağ”la keçirdiyimiz oyunu da təhlil etmişik və buraxdığımız səhvləri görmüşük. Kubok oyununda daha diqqətli olub bu səhvləri etməməyə çalışacağıq. Məğlub olsaq belə böyük hesabla uduzmamağa çalışacağıq. Amma sizə deyim ki, biz bu çempionatda rəqiblərin gücünü bilə-bilə öz oyunumuzu oynamağa çalışırıq. Biz heç bir klubdan qorxmuruq və çəkinmirik. “Qarabağ”la oyunda da sona qədər dğyüşcəyik, kim bili bəlkə qələbə qazandıq. Bu futboldur əvvəlcədən heç nəyi bilmək olmaz.

– “Bakı”nın ardıcıl məğlubiyyətləri gənc futbolçulara pis təsir etmir ki?

– Əlbətdəki pis təsir edir. Ancaq mən bi məşqçi kimi bu təsiri azaltmaq üçün əlimdən gələni edirəm. Buraxdıqları səhvlərdən, düşdükləri stesdən bu futbolçuları qurtarmaq üçün onlarla tez-tez psixoloji söhbətlər aparırıq. “Bakı” komandası gələn mövsüm yenə də Topaz Premyer Liqasında çıxış edəcək və bu futbolçular o vaxt daha təcrübəli olacaqlar. Əgər gələn mövsüm imkanımız olsa hazırki heyətin yanına bir neçə təcrübəli futbolçu da əlavə edəcəyik. O zamanmaydançada  tama başqa “Bakı” görəcəksiniz. Hazırda biz “Bakı” klubunun karkasını hazırlamağa çalışırıq. Biz istəyirik ki, hazırda “Bakı”da çıxış edən gənclər gələcəkdə bu klubun əsasını fotmalaşdırsınlar.

– Siz özünüz də sözylədiniz ki, klubun əksəriyyəti gənclərdən ibarətdir. Necə fikirləşirsiniz hazırki “Bakı”da çıxış edən gənclər nə vaxtsa milli yığma komandada oynaya biləcəklər?

– Mən hazırki heyətimdən ən az üç futbolçunu milli komandada görürəm. Nurlan Novruzovun milliyə çağrılmasını və onun yoxlanılmasını istəyirəm. Siz də bilirsiniz ki, Nurlan Topaz Premyer Liqasının bombardiridir. Azərbaycana xidmət edən bir məqşçi kim düşünürəm ki, Nurlan Novruzov əsas milliyə faydalı ola bilər. Bu futbolçudan başqa medafiəçilərimiz Hüseynov Eltun və Bəybalayev Vüqar da Azərbaycanın əsas millisinin toplanışlarına çağrıla bilər.  Bu futbolçuların sınanmasını və milliyə çağrılmasını istəyirəm.

– Hazırda millimiz Antalyada toplanışdadır. Topaz  Premyer Liqasının bombardiri Nurlan Novruzov bu dəfə toplanışa çağrılmadı.  Necə düşünürsünüz bunun səbəbi nədir?

– Mənim bu haqda düşüncəm belədir ki, Robert Prosineçki Azərbacanda hələ təzədir.  Hazırda o, Azərbaycan millisndə çıxış etmiş futbolçuları sınayır. Ancaq vaxt gələcək o təzə futbolçulara da şans verəcəkdir. Mənim məşqçilik təcrübəm bunu deməyə əsas verir.

– Artıq neçənci oyundur ki, mətbuatda  “Bakı”nın oyunqabağı klubun meydana çıxmayacağı söz-söhbətləri gəzir. Ancaq oyun saatı gələndə “Bakı” meydana çıxır və öz oyununu oynayır. Bəs bu söz-söhbətləri kim ortaya atır və nə üçün bunu edir?

– Bu mövzuda mən də sənin kimiyəm. Yəni bu söhbətləri kimlər ortaya atır və niyə edir mən özüm də anlamıram. Tutaq ki, “Bakı” hansısa turda oyuna çıxmadı. Bundan kim nə qazanacaq, əlbbətdəki heç kim. Ancaq itirən olacaq, ölkə futbolu inkişaf etməkdə olan gənclərini itirəcək. Bu söz söhbətləri edənlər günah qazanırlar.  Bu şayələri kimlər və nə üçün yayırlar inan ki mən də bilmirəm, ancaq istəyirəm ki bu söz-söhbətlər artıq sona çatsın.

Səid Hüseyn

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here