Tapanca yerinə… maye yapışqan…

0
313
Gündəlik həyatımızda istifadə etdiyimiz əşyaların kim tərəfindən və necə ixtira edildiyini bilirsinizmi? Çoxumuz bilmirik, çünki bu haqda maraqlanmırıq. Ancaq elə ixtiralar var ki, təsadüfən və ya səhvən ixtira olunub. Səhvən ixtira olunan ancaq həyatımızda əhəmiyyətli yer tutan ixtiralar və ixtiraçılardan bəzilərini təqdim edirik:
Nyu-Yorklu kimyagər Robert A. Çezbrou

1859-ci ildə Pensilvaniyada yeni tapılan neft quyularına gedən Çezbrou bu  zaman bir maddənin işçilərin ayaqlarına yapışdığını görüb. Bu parafinə bənzəyən maddə nasosları tıxadığı üçün iş zamanı problem yaranırdı. Ancaq işçilərin ayaqlarındakı kəsiklərin və yaraların da yaxşılaşmasına kömək olurdu. Çezbrou bu qəribə maddəni qablara dolduraraq Nyu-Yorka aparıb. Üstündə aylarla çalışaraq neftdən ayırdığı maddənin bədəndəki yaraları yaxşılaşdırdığını gördükdən sonra həmin yağı 1870-ci ildə “Vazelin neft geli” adı ilə satışa çıxarıb.

Frank Epporson

1905-ci ildə Frank Epporson adlı bir uşaq su və soda dolu bir qarışığı şüşə bir çubuğun içərisində saxlayır və özü də bilmədən çubuqlu dondurulmuş şəkəri icad edir. İxtiraçı “Eppicles” adını verdiyi ilk dondurulmuş limonad çubuqlarını 1923-cü ildə hazırlayıb.

Harri Kuver

Hər kəsin istifadə etdiyi yapışqan mayelərin icadı olduqca maraqlıdır. Amerikalı kimyagər Harri Kuver “cyanoacrylate” adlı plastik bir tapanca hazırlamağa çalışıb. Ancaq işində müvəffəq ola bilməyib və özü də bilmədən plastik tapanca yerinə səhvən maye yapışqan ixtira edib.

Uiliam Henri Perkin

İngilis kimyagər Henri Perkin ilk sintetik kimyəvi boya olan “mauveine”ni tapdığı zaman 18 yaşında idi. Perkin hərarəti aşağı salmaq üçün dərman hazırlamağa çalışarkən səhvən sintetik kimyəvi boyanı ixtira edib.

Roy Plunket

Teflon 1938-ci ildə Roy Plunket  tərəfindən təsadüfən ixtira edilib. Plunket toksit olmayan soyuducu qaz əldə etməyə çalışıb və bir balon dolusu tetrafloroetilen qazı hazırlayıb. Onun köməkçisi Cek Rebok balonun qapağını açdığı zaman içində qaz olmadığını görüb və balonu mişarla iki yerə ayırıb. Bu zaman balonun divarlarında qeyri-adi xüsusiyyətə malik yağlı və ağ rəndli bir toz aşkarlayıb. Daha sonra bu tozdan istilik və ya elektrikdən təsirlənməyən,  cızılmayan politetrafloroetilen (qısaca PTEF) adlı bir polimer hazırlanıb.

Artur Fray

Arxası yapışqanlı kağızı ixtira etmək  Artur Frayın ağlına kilsədə xor oxuyarkən gəlib. Fray ilahi oxuyarkən ilahi kitabının səhifələrini işarələmək üçün istifadə etdiyi kağız parçaları kitabın arasından düşürmüş və o, işarələdiyi səhifəni itirirmiş. Buna görə Fray yapışqanı bir kağız parçasına sürtərək kitabda istədiyi səhifələri işarələmək qərarına gəlib. Beləliklə də, o qeyd yazmaq üçün istifadə etdiyimiz arxası yapışqanlı kağızı ixtira edib.

Persi Spenser

Mikrodalğalı soba ilk dəfə Persi Spenser tərəfindən 1945-ci illərdə ixtira edilib. Spenser radar dalğaları ilə təcrübə apararkən birdən cibindəki şokolad əriyir. Bu zaman alim mikrodalğa enerjisi ilə yeməklərin isinəbiləcəyini kəşf edir. 1947-ci ildə bu kəşfinin patentini alır və 1,8 metr hündürlüyündə 340 kq ağırlığında olan ilk mikrodalğalı sobanı hazırlayır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here