“Bir-birimizi tənqid etməkdənsə…”

0
269
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsi-nin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.
 Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqə-dar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib. İcraiyyə Komitəsi üzvülüyünə daha bir namizəd isə Firudin Qurbanovdur. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. Nizamnamənin 34-cü mad-dəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır. İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyi-nə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib. Bununla bağlı, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.Məşqçilər Komitəsində Vaqif Sadıqovla çiyin-çiyinə çalışan məşqçilər onun bu vəzifəyə layiqli namizəd olduğunu bildirdilər

AFFA-nın Məşqçilər Şurasının üzvü Şakir Qəribov: “O istər klublarda istərsə də milli komandalarda var qüvvə ilə çalışıb.  Vaqif müəllim təcrübəli məşqçi, futbol adamıdır. Onun İK-da təmsil olunması həm Azərbaycan futbolunun, həm də milli komandaların inkişafına müsbət mənada təsir edəcək. Vaqif müəllimin namizədliyini dəstəkləyir, İK-da təsdiq olunması-nı arzulayıram. Onun Azərbaycan futboluna xidməti böyükdür. İstər klublarda, istərsə də milli komandalarda canla-başla çalışıb. Dediyim kimi, onun İK-da təmsil olunmasının tək milli ko-mandalara, məşqçilərə yox, Azərbaycan futboluna xeyri olacaq”.

AFFA-nın Məşqçilər Şurasının üzvü Şahin Diniyev: “Vaqif Sadıqov Azərbaycan futbolunun incəliklərinə yaxından bələddir. Vaqif müəllim futbol adamıdır. Bu sahənin incəliklərini bilir. Futbolçu olub, məşqçi və futbol funksioneri kimi çalışıb. Bunların üçünün də bir yerdə toplanması böyük təcrübədir. Əvvəllər Vaqif müəlimin iş prinsipinə bələd deyildim. Hazırda iki aydan çoxdur Məşqçilər Komitəsində birlikdə çalışırıq. Bir çox qərarların verilməsində, layihə kompleks şəkildə hazırlanmasında gördüm ki, irəli sürdüyü təkliflər, bildirdiyi fikirlər hörmətə layiqdir. İnanıram ki, onun İcraiyyə Komitəsində təmsil olunması veriləcək qərarlarda müsbət rol oynayacaq. Çox istərdim ki, İK-da təmsil olunması təsdiqlənsin. İK-da futbol adamların sayı nə qədər çox olsa, futbolumuzun inkişafı istiqamətində daha müsbət qərarlar qəbul edilə bilər”.

Xatırladaq ki, təcrübəli məşqçi Vaqif Sadıqov keçin ilin sonlarında yaradılmış, Məşqçilər Komitəsinə başçılıq edir. Onun İK-ya  namizəd göstərilməsi, əgər seçilərsə Məşqçilər Komitəsindəki işin aqibəti və başqa suallara cavab tapmaq üçün Vaqif Sadıqovla əlaqə saxladıq.

– İcraiyyə Komitəsində mərhum Ələkbər Məmmədovdan sonra boş qalmış yerə namizədsiniz. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı…

– Hesab edirəm ki, çox məsuliyyətli və şərəfli bir təklifdir. Bir neçə gün bundan öncə mənə xəbər etdilər ki namizədliyim, “Sumqayıt” futbol klubu tərəfindən Peşəkar Futbol Liqasına müraciət olunacaq. PFL isə “Sumqayıt” futbol klubu tərəfindən irəli sürülən namizədliyimi AFFA-ya göndəri. Martın 6-da AFFA-nın konfarnsında mənim üzv seçilib seçilmədiyim bilinəcəkdir. Çox xoşdur ki, Məşqçilər Komitəsinin üzvü kimi şəxsən məni bu posta namizəd seçiblər. Başqa bir xoş hal isə bu gün peşəkar məşqçilərə üstünlük verilməsidir.

– Sizin namizədliyiniz nə üçün məhz “Sumqayıt” futbol klubu tərəfindən irəli sürüldü?

– Mənim Sumqayıtda baş məşqçi, vitse prezident, daha əvvələr isə futbolçu kimi fəaliyyətlərim olub. Buna görə də mənim “Sumqayıt”la bağlılığım çox böyükdür. Odur ki, namizədliyimin məhz “Sumqayıt” futbol klubu tərəfindən irəli sürülməsi başa düşüləndir. Ən vacibi odur ki, hər birimiz dərk edib başa düşməliyik ki, Azərbaycan futboluna vicdanla çalışmaq lazımdır. Əgər mart ayının altısında seçilsəm ölkə futbolunun yüksəlişi üçün əlimdən gələni edəcəyəm. Çalışacağam ki, atddığım hər bir addım ancaq və ancaq ölkə futboluna xidmət etsin.

– Əgər mart ayının altısında siz İcraiyyə Komitəsinə üzv süeçilsəniz Azərbaycan futbolunda ilk olaraq nəyi dəyişmək istəyərdiniz?

– İnsan harada işləməyindən asılı olmayaraq vicdanla çalışmalıdır. Biz futbol adamları isə iş yerimizdən asılı olmayaraq Azərbaycan futboluna xidmət edirik. Bu gün mən 56 yaşın içindəyəm və bütün ömrümü futbol ilə keçirmişəm. Bir gün belə futboldan aralı qaldığım yadıma gəlmir. Peşəkar karyerama 17 yaşında başlamışam və 40 ilə yaxındır ki, futbolun içindəyəm. İndiyə qədər müxtəlif yerlərdə çalışmışam ancaq bütün iş yerlərimdə vicdanla çalışmışam. Yenə də deyirəm əsas olan ölkə futbolunun inkşaf etməsi üçün çalışmaqdır. Bu iş çox məsliyyətli və cavabdehlik daşıyan bir vəzifədir. Ancaq gəlin tələsməyək, mart ayını altısında seçkindən sonra bu suala yenidən qayıda bilərik. Bir şeyi deyə bilərəm ki, bu seçkilərin nəticəsindən asılı olmayaraq mən Azərbaycan futbolunun inkişaf etməsi üçün öz işimi davam etdirəcəyəm. Məni tanıyan insanlar bilirlər ki, mən hər zaman futbolumuzun yüksəlməsi üçün çalışmışam.

– Hələ namizədsiniz, artıq sizi tənqid etməyə başlayıblar. Sizi bu vəzifəyə layiq görməyənlərə nə deyə bilərsiniz?

– Bu halı təbii qarşılayıram. Namizədliyim irəli sürülən kimi böyük bir ajiotaj yarandı. Bu hal bir daha onu göstərir ki, biz bir birimizə dəstək ola bilmirik. Belə düşünürəm ki, Azərbaycan futbolunun ən böyük probelmi də budur. Bir olmaq və bir birimizə dəstək olmaq çox vacibdir. Heyif ki, biz əsl iç üzümüzü göstəririk. Bu əvvələrdə olub bundan sonra da olacaq. Qabağda gedənləri hər zaman tənqid edirlər. Sizə bir misal gətirim; söz az olanda xeyirlidir, çox  olanda isə ziyanlıdır. Birbirimizi tənqid etməkdənsə birləşib ölkə futboluna xidmət etməliyik. Heyif ki, bu insanlar bir balaca arxaya baxmırlar. Əgər səhvlərini təhlil etsələr bu gün belə danışmazlar. Mən inanıram ki, İcraiyyə Komitəsində tək Vaqif Sadıqov yox başqa peşəkar mütəxəsislər yer almalıdır. Onlar isə öz tövsiyyələri ilə Azərbaycan futboluna fayda verməlidirlər.

– Mart ayının altısından sonra İcraiyyə Komitəsinə üzv seçilsəniz Məşqçilər Komitəsindəki  işiniz necə olacaq?

– Necə olmalıdır ki? Həm Məşqçilər Komitəsində həm də İcraiyyə Komitəsində çalışacağam. Başqaları necə mən də elə. İcraiyyə Komitəsinə üzv olanların hamısı həm də öz işlərində çalışırlar. Mən də Məşqçilər Komitəsinin sədri kimi işimi davam etdirəvəyəm. Yeri gəlmişkən bu gün milli komanda ilə bir araya gəldik. Bu gün millinin futbolçularını Türkiyəyə təlim-məşq toplanışına göndəririk. Onlara xeyir dua verdik, inşallah yaxşı toplanış keçər və sağ salamat vətənə geri dönərlər.

– Yəqin ki, AFFA rəhbərliyi ilə üzvülük məsələsini müzakirə etmisiniz. Sizdən tələbləri nələrdir?

– Gəlin zamanı qabaqlamayaq. Əgər seçilsək bizim AFFA rəhbərliyi ilə görüşlərimiz olacaq. İndidən nə isə deməyə ehtiyac duymuram.

Əsgər Hüseynov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here