Mamont skeleti 9 milyon funt – sterlinqə satıldı

0
313
İngiltərəli məşhur rəssam Damien Höst sənət aləmində “Robin Hud” kimi tanınır. 
Lakin “Robin Hud”dan fərqli olaraq o, kasıblara yardım etmək üçün varlıları qarət etmir. Xeyirxah rəssam əsərlərinin bir hissəsindən əldə etdiyi gəliri ehtiyac sahiblərinə bağışlayır. Bir neçə gün bundan əvvəl Fransanın Kann şəhərində həyata keçirilən hərracda D. Höstün üzəri qızılla örtülən mamont skeleti satışa çıxarılıb. Rəssamın heykəltəraş komandası tərəfindən hazırlanan mamontun skeletinin hissələri 24 əyarlı qızılla örtülüb. Höstün bu möhtəşəm əsəri 9 milyon funt-sterlinqə satılıb. Əsər İngiltərənin ən zəngin iş adamı ukraynalı Leonard Blavatnikə qismət olub. Rəssam isə satışdan əldə etdiyi pulu ABŞ-ın AİDS Araşdırmalar Fonduna bağışlayıb. Qeyd edək ki, Höst 200 milyon funt-sterlinqlik sərvəti ilə dünyanın ən zəngin rəssamı hesab olunur. Onun əsərləri arasında daha çox heyvan skeletləri üstünlük təşkil edir. Belə ki, 2008-ci ildə Londonda “Qızıl Buzdağı” adlı sərgisində hərrac vasitəsi ilə D. Höst satışa çıxarılan əsərlərindən 10 milyon 35 min funt-sterlinq gəlir əldə edib. 2007-ci ildəki “Tanrı eşqinə” adlı sərgisi isə Höstə 51 milyon funt-sterlinq pul qazandırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here