Separatçılar Debaltsevonı mühasirəyə almağa çalışır

0
422
Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafında Ukrayna qoşunları ilə separatçılar arasında qanlı döyüşlər davam edir.
 Separatçıların liderlərindən biri olan Eduard Basurin şəhəri Ukrayna ordusunun nəzarətində olan digər zona (Artyomovsk) ilə əlaqələndirən yeganə avtomobil yolunu ələ keçirdiklərini bildirib: “Debaltsevoda mühasirəyə alınan Ukrayna hərbi qruplaşmasının hərbi texnika və döyüş sursatı ilə təmin edildiyi bu strateji yol artıq tam bağlanıb və mühasirə həlqəsi rəsmən qapanıb”. Lakin Ukrayna tərəfi bu xəbəri təkzib edib. “Donbass” batalyonunun komandiri, Ali Radanın üzvü Semyon Semyonçenko özünün “Facebook” səhifəsində separatçıların Debaltsevodakı “həyat yolu”nu bağla bilmədiklərini söyləyib: “Ukrayna Silahlı Qüvvələrinin bölmələri və “Donbass” batalyonunun diversiya əleyhinə qrupu tərəfindən düşmənin irəliləməyə nail olmuş qüvvələrinin təmizlənməsi həyata keçirilib. Debaltsevo-Artyomovsk həyat yolunu qapatmaq cəhdi iflasa uğrayıb. Düşmənin yeni qüvvələrinin hücumu ehtimalı ilə əlaqədar biz tərəfdən əlavə qüvvələr cəlb olunub. Döyüş gedir”. Ukrayna Antiterror Qərargahı da Debaltsevo-Artyomovsk yolunun kəsildiyi barədə xəbərləri təkzib edərək düşmənin xeyli hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini açıqlayıb.

 

Rus təyyarələri Ukrayna ordusunun Debaltsevodakı bombalayıb

Rusiya hərbi aviasiyası Ukrayna ordusunun Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafındakı mövqelərini bombalayıb. Bu barədə “censor.net” saytı məlumat yayıb. İki ədəd “Su-25” təyyarəsi Debaltsevo ətrafındakı Novoqriqoryevka yaşayış məntəqəsində mövqe tutan Ukrayna Silahlı Qüvvələrinin 40-cı batalyonunun mövqelərinə zərbə endirib. Bir qədər sonra Rusiya hərbi təyyarələri ikinci dəfə eyni mövqeləri  bombardman edib. Məlumatı 40-cı batalyonun Lomakin soyadlı baş leytenantı da təsdiqləyib və Rusiyaya məxsus 4 qırıcı təyyarənin onların mövqelərinə hücum etdiyini bildirib: “Bizə hava hücumlarından müdafiə vasitələri lazımdır. Bu, artıq gün ərzində ikinci hücumdur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here