Açılmayan sirlər

0
413
– Qaya içərisindəki çəkic: Taxta sap və dəmir toxmaqdan ibarət olan bu çəkic 1936-cı ildə Texasda 400-500 milyon illik bir qayanın içinə basdırılmış şəkildə tapılıb. Müasir bir alətin qədim qaya parçasına necə girdiyi və çəkic hazırlanan dəmirin günümüzün dəmirlərindən daha saf olması elm adamlarını heyrətə gətirib.
– 2000 illik batareya: Alman arxeoloq Vilhelm Koniq tərəfindən 1938-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında tapılan 2 min illik batareya elm adamlarını dəhşətə gətirib. 13 santimetr uzunluğundakı gildən hazırlanmış bir qabın içərisində yerləşən mis silindir, onun ətrafındakı dəmir çubuq və həmin mis qabın ağızını bağlamaq üçün qırdan hazırlanan qapaq dünyanın ən qədim batareyası olaraq qəbul edilir. Araşdırmalar nəticəsində məlum olub ki, həmin batareya 2 volt enerji hasil edir.- Antik kompyuter – “Antikythera” qurğusu: 1900-cu ildə Yunanıstanın Krit adasında aparılan araşdırmalar zamanı arxeoloqlar maraqlı bir cisimə rast gəliblər. Taxta bir qutunun içinə yerləşdirilmiş bir neçə bürünc çarxdan ibarət olan bu qəribə obyektin qutusu səthə çıxarıldığı zaman dağılıb və cihazın içindəki kompleks quruluş ortaya çıxıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bu cihazdan Ay, Günəş və digər planetlərin mövqelərini hesablamaq üçün kompyuter kimi istifadə olunub.

– “Naska xətləri”: 1926-cı ildə Peruda Naska qəsəbəsi yaxınlarında kəşf edilən həndəsi fiqurlu geoqliflərin – üçbucaq, dördbucaq və heyvan şəklindəki xəttlərin sirləri hələ də açılmayıb. Xətlərdən bəzilərinin yaz və qış gün fəslinə işarə etdiyi, hətta nəhəng bir təqvim vəzifəsi icra etdiyi ehtimal edilir.  Bəzi elm adamları isə həmin xətlərin yadplanetlilər üçün çəkildiyini iddia edirlər.

– Nəhəng heykəllər: Sakit Okeanın cənub – şərqində yerləşən Pasxa adasındakı nəhəng heykəllər də dünyanın ən sirli abidələrindəndir. 9 metr hündürlüyündə olan bu nəhəng heykəllərin hansı sivilizasiyaya aid olduğu hələ də tam olaraq bilinmir. Nəhəng heykəllərin daş platformalar üzərinə necə qoyulduğu isə, alimlərin hələ də araşdırdığı mövzulardan biridir.

– “Günəş

qapısı”: Cənubi Amerikada yerləşən, uzun illərdir sirrini qoruyub saxlayan arxeoloji tapıntılardan biri də Tiauanakoda tapılan “Günəş qapısı” abidəsidir. Tək parça daşdan ibarət olan təxminən 5 metr eni, 3 metr hündürlüyü və 10 ton ağırlığında olan “Günəş qapısı”nın necə bir üsulla və nə məqsədlə inşa edildiyi hələ də elmə məlum deyil.

– “Stounhenc daşları”: İngiltərənin Solsberi düzlərində tapılan üç metrdən hündür, dikinə duran daşlardan ibarət olan “Stounhenc” abidəsi də öz sirlərini qoruyub saxlamaqda davam edir. Hər biri tonlarla ağırlığında olan bu nəhəng daşlar mühəndislik möcüzəsi olaraq qiymətləndirilir. Onların tarixi haqqında müxtəlif əfsanələr də var. Bəzilərinə görə, bura dini mərasimlərin keçirildiyı yer olub. Ancaq araşdırmalar zamanı buranın rəsədxana olmasına dair bir neçə müxtəlif tapıntılar aşkar edilib. Bütün bunlara baxmayaraq nəhəng daşların sirri hələ də məlum deyil.

 

gh– Kristal kəllə sümüyü: Maya dövrünə aid olan 1000 illik bu kristal kəllə sümüyü, bir blok kristal üzərinə oyularaq hazırlanıb. Necə hazırlandığı hələ də aydın olmayan kəllənin altından işıq tutulan zaman işıq göz çuxurundan əks olunur. Alimlərin fikrincə bu qurğunu hazırlayacaq texnologiya müasir dövrümüzdə belə yoxdur. 
– Çinli generalın kəmər başlığı: 300-cü ildə dünyasını dəyişən çinli general Çou Çounun məzarında 1956-cı ildən qalma 85 faizi aliminiumdan hazırlanmış kəmər başlığı tapılıb. Kəmər başlığının saf aliminiumdan hazırlanması o dövr üçün mümkün deyil. Çünki təbiətdə qarışıq şəkildə  çıxarılan aliminiumun digər maddələrdən ayrılaraq saf maddə olaraq istifadə edilməsi ilk dəfə XIX əsrdə mümkün olub.

– 1000 ilə salınan şəhər Nan Madol: Sakit okeanda yerləşən  Mikronezya adasındakı antik Nan Madol şəhərinin inşası e.ə 200-cü ildə başlayıb və 1000 il davam edib. 250 milyon tonluq nəhəng bazalt bloklardan istifadə edilərək salınan bu şəhər, 100 ədəd süni adanı kanallarla bir-birinə bağlayır. Bu qədər bazalt daşının həmin bölgəyə necə gətirildiyi isə hələ də sirr olaraq qalır.

– Qədim təyyarə: 1898-ci ildə Misirdə, bir qəbirdə e.ə 200-cü ilə aid edilən bir obyekt tapılıb. Müasir təyyarələr icad edilənə qədər bunun nə olduğu haqqında heç kimin bir fikri olmayıb. 1972-ci ildə arxeoloq Xəlil Məsihə bunun bir təyyarə maketi olduğunu və qanadlarının “Konkor”du  (orta məsafəli, 4 motorlu, dar gövdəli, səsdən sürətli və yüksək sürətli sərnişin təyyarəsidir) xatırlatdığını iddia edib.

– Yadplanetlilər üçün eniş zolağı: Perunun Pampa sahilindəki 450 kvadrat kilometrlik sahəni əhatə edən eniş zolağı üzərində e.ə 300-600-cu illəri əhatə edən heyvan və bitki şəkilləri təsvir edilib. Naska mədəniyyətinə aid edilən bu qəribə naxışların yadplanetlilər üçün eniş zolağı olduğunu iddia edənlər var.

– Palçıqsız tikilən daş sədd: Perunun Cusco bölgəsindəki bir İnk qalasının ətrafını 360 metr boyunca ziqzaq şəklində əhatə edən 9 metrlik daş sədd hər biri 300 ton olan əhəng daş bloklardan inşa edilib. Daş səddin tikintisi zamanı palçıqdan istifadə edilməyib. Ancaq buna baxmayaraq daşlar elə mükəmməl yerləşdirilib ki, arasına bıçaq belə salmaq mümkün deyil.

– Vanın Kalecik kəndikdəki daşlar: Türkiyənin Van vilayətinin Kalecik kəndinin 1,5 kilometr şimal-şərqində yerləşən, Urartu dövrünə aid olan dik daşlar və daş halqalar sirri açılmayan möcüzələrdəndir. 400 kvadratmetrlik sahəyə riyazi olaraq düzülən 2 min 475 ədəd daşların astronomiya ilə bağlı olduğu düşünülür. Daşların sirrinin açılması üçün aparılan araşdırmalar hələ də davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here