Qiymətli tullantılar satışa çıxarılır

0
227
Bu gün Fransanın paytaxtı Parisdə bir-birindən görkəmli antikvar əşyaların satışa çıxarılacağı bir hərrac keçiriləcək.
 Hərracda kolleksiyaçılar yenidən bərpa edilmiş əşyaları, əl işi masaları, baxımsızlıqdan çürümüş, paslanmış, tozlu klassik avtomobilləri və s. almaq üçün bir-biri ilə yarışacaqlar. Baxımsız olmasına baxmayaraq, hər biri bir-birindən qiymətli olan avtomobillər arasında dünyada 3 ədəd olan “Maserati A6G 200 Berlinetta Grand Sport Frua” avtomobili var. Bundan başqa, aralarında Misirin köhnə kralı Faruka aid “Talbot-Lago” markalı avtomobil, amerikalı aktrisa Ceyn Fondanın baş rolda oynadığı bir filmdə istifadə edilən “Ferrari” avtomobili də yer alır. İndi də gələk 15 milyon avroluq tullantıların hekayətinə; o da ən az avtomobillər qədər antikvardır. Fransız iş adamı Rocer Bailon 1950-1970-ci illər arasında marağında olduğu avtomobillərin bir-ikisini şəxsi kolleksiyasına qatıb. Niyyəti kolleksiyasından ibarət bir muzey qurmaq olan biznesmenin iqtisadi böhran səbəbi ilə işləri yolunda getməyib və bəzi avtomobillərini satmaq məcburiyyətində qalıb. Bəziləri isə fermasında qalıb. 50 il boyunca fermadakı avtomobillərin dəmir yığını olduğunu düşünənlər buranın qapısını belə açmayıblar. Ancaq ötən il dekabr ayında Bailonun nəvələri böyük sərvət dəyərində olan 60 avtomobili gün üzünə çıxarırlar. “Artcurial” muzeyinin nümayəndələri 15 milyon avro dəyərində olan bu avtomobilləri “xəzinə” olaraq qiymətləndiriblər. Çünki kolleksiyada dünyada yalnız 3 ədəd istehsal edilən “Maserati A6G 200 Berlinetta Grand Sport Frua” və dünyada yalnız 37 nümunəsi olan “Ferrari 250 GT California SWB” var. Qeyd edək ki, bu gün keçiriləcək hərracda  həmin avtomobillərlə yanaşı, onların ehtiyat hissələri də satılacaq. Milyonlarla avro dəyərində olan bu qiymətli tullantıları kimin, ya da kimlərin alacağı isə indidən çox maraqlıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here