Bahalı yerli benzin, yoxsa ucuz idxal benzin?

0
409

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) açıqladığı sonuncu məlumata görə, ötən ay dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) 467,99 dollara bərabər olub. Açıqlanan bu rəqəmlərdən belə görünür ki, daxili bazarda satılan benzinin topdansatış qiyməti dünya bazarındakı qiymətlə müqayisədə 2,2 dəfə bahadır. Qeyd edək ki, Tarif Şurasının sonuncu – 14 yanvar 2015-ci il tarixli qərarına uyğun olaraq, topdansatış məntəqələrində Aİ-92 və Aİ-80 markalı benzinlərin 1 tonu 790,8 manata (1013,8 dollar), dizel yanacağının 1 tonu isə 590,2 manata (756,6 dollar) satılır. Belə olan halda, yəni dünya bazarında daha ucuz benzin satıldığı halda ölkə daxilində benzin istehsal etmək nəyə lazımdır? Xaricdən daha ucuz benzin almaq iqtisadi cəhətdən daha səmərəli olmazmı?.. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan xaricdən yalnız “Aİ-95 Premium” markalı benzin idxal edir və bu marka benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Apardığımız araşdırma göstərir ki, bu marka benzini ölkəyə yalnız bir şirkət idxal edir və rəqabət olmadığı üçün qiymətlər aşağı salınmır. Qiymətlərin yüksək olması nəticəsində “Aİ-95 Premium” markalı benzinə tələbat da aşağı səviyyədədir. Tələbat olmadığı üçün bu məhsulun idxalını da artırmaq mümkün deyil”. Ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzinin və dizelin qiymətinin dünya bazarındakı qiymətlərdən yüksək olmasına münasibət bildirən iqtisadçı ekspert belə hesab edir ki, ölkədə qiymətləri bazar tənzimləmir və ona görə də dünya bazarındakı dəyişiklik daxili bazara təsir etmir: “Dövlət benzinin qiymətini müəyyən edərkən xam neftin neçəyə başa gəldiyini, vergi dərəcələrini və s. hesablayır. Dünya bazarında neftin ucuzlaşmasını əsas götürərək benzinin qiymətini aşağı salmaq doğru olmazdı. Belə olarsa, gələcəkdə neft bahalaşdığı zaman benzinin qiymətini də artırmaq lazım gələcək”. Məlumat üçün onu da bildirək ki, hazırda Azərbaycan dünyada ən çox neft hasil edən 23 ölkə arasında benzinin ucuzluğuna görə 15-ci sırada qərarlaşıb. Ümumilikdə isə Azərbaycan dünyada benzinin ən ucuz satıldığı 25-ci ölkə hesab olunur.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) açıqladığı sonuncu məlumata görə, ötən ay dünya bazarında etilləşdirilən benzinin qiyməti (1 ton üçün) 467,99 dollar, dizel yanacağının qiyməti isə 449,45 dollar təşkil edib. Açıqlanan bu rəqəmlərdən belə görünür ki, daxili bazarda satılan benzinin topdansatış qiyməti dünya bazarındakı qiymətlə müqayisədə 2,2 dəfə, dizelin qiyməti isə 31,5% bahadır. Qeyd edək ki, Tarif Şurasının sonuncu – 14 yanvar 2015-ci il tarixli qərarına uyğun olaraq topdansatış məntəqələrində Aİ-92 və Aİ-80 markalı benzinlərin 1 tonu 790,8 manata (1013,8 dollar), dizel yanacağının 1 tonu isə 590,2 manata (756,6 dollar) satılır. Daxili və xarici bazarlardakı bu qədər böyük fərqə baxmayaraq ötən ay ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən xarici ölkələrə 111 min 157 ton dizel yanacağı da ixrac olunub. Onu da bildirək ki, Tarif Şurasının ARDNŞ tərəfindən istehsal olunan benzin üçün müəyyən etdiyi şirkətdaxili tarif (vergilərsiz və təchizat xərcləri olmadan-red.) belə dünya bazarındakı mövcud qiymətdən yüksəkdir – 398,4 manat (510,8 dollar). Belə olan halda, yəni dünya bazarında daha ucuz benzin satıldığı halda ölkə daxilində benzin istehsal etmək nəyə lazımdır? Xaricdən daha ucuz benzin almaq iqtisadi cəhətdən daha səmərəli olmazmı?..

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan xaricdən yalnız “Aİ-95 Premium” markalı benzin idxal edir və bu marka benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Apardığımız araşdırma göstərir ki, bu marka benzini ölkəyə yalnız bir şirkət idxal edir və rəqabət olmadığı üçün qiymətlər aşağı salınmır. Qiymətlərin yüksək olması nəticəsində “Aİ-95 Premium” markalı benzinə tələbat da aşağı səviyyədədir. Təlabat olmadığı üçün bu məhsulun idxalını da artırmaq mümkün deyil”. Ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzinin və dizelin qiymətinin dünya bazarındakı qiymətlərdən yüksək olmasına münasibət bildirən iqtisadçı ekspert belə hesab edir ki, ölkədə qiymətləri bazar tənzimləmir və ona görə də dünya bazarındakı dəyişiklik daxili bazara təsir etmir: “Dövlət benzinin qiymətini müəyyən edərkən xam neftin neçəyə başa gəldiyini, vergi dərəcələrini və s. hesablayır. Dünya bazarında neftin ucuzlaşmasına əsas alaraq benzinin qiymətini aşağı salmaq doğru olmazdı. Belə olarsa gələcəkdə neft bahalaşdığı zaman benzinin qiymətini də artırmaq lazım gələcək”.

 Benzinin qiyməti xam neftin qiymətinə paralel olaraq dəyişir

Benzinin qiyməti ilə bağlı daha bir maraqlı məqam odur ki, dünya bazarında benzinin qiyməti xam neftin qiymətinə paralel olaraq dəyişdiyi halda Azərbaycanda bu hiss olunmur. ARDNŞ-in açıqladığı məlumatlara görə, ötən ay dünya bazarında Azərbaycan neftinin də daxil olduğu Ceyhan tipli xam neftin qiyməti 49,5 dollar (1 barel üçün) olub. Müqayisə üçün bildirək ki, 8 ay əvvəl – 2014-cü ilin may ayında bu rəqəm 2,3 dəfə və ya 63,7 dollar çox – 113,2 dollar təşkil edib. Benzinin və dizelin qiyməti də xam neftin qiymətindəki ucuzlaşma ilə təxminən eyni səviyyədə aşağı düşüb. ARDNŞ-in məlumatına görə, 2014-cü ilin may ayında dünya bazarında benzinin qiyməti (1 ton üçün) 1021,3 dollar, dizelin qiyməti isə 901,8 dollar olduğu halda, bu ilin yanvarında benzinin qiyməti (1 ton üçün) 467,9 dollar, dizelin qiyməti isə 449,4 dollar olub. Göründüyü kimi benzinin qiyməti də xam neftdəki kimi son 8 ay ərzində 2,2 dəfə, dizelin qiyməti isə 2 dəfə ucuzlaşıb. Ölkəmizdə isə benzinin qiyməti 12-14 yanvar 2015-ci il tarixlərini nəzərə almasaq dəyişməz qalıb. Tarif Şurasının 2 dekabr 2013-cü ildə qəbul etdiyi qərara uyğun olaraq hazırda  Aİ-92 markalı benzinin 1 tonunun pərəkanda satış qiyməti 1175,6 dollara (917 manat), dizel yanacağının 1 tonu isə 915,4 dollara (714 manat) bərabərdir.  Onu da xatırladaq ki, dünya bazarlarında benzinin sürətlə ucuzlaşdığı bir vaxtda – bu ilin yanvar ayında Tarif Şurası benzinin pərəkanda satış qiymətini 2,8% (hər tonda 26,2 manat), dizelin qiymətini isə 3,3% (hər tonda 23,8 manat) artırıb. Lakin bu artım cəmi 2 gün qüvvədə qalıb. Prezident İlham Əliyevin müdaxiləsindən sonra pərəkanda satış qiymətləri əvvəlki səviyyəyə, topdansatış qiymətləri isə bir qədər də aşağıya salınıb.

 Azərbaycan dünyada benzinin ən ucuz satıldığı 25-ci ölkədir

Beynəlxalq Enerji Agentliyinin (İnternational Energy Agency -IEA) məlumatlarına görə, dünyada 115 ölkədə neft hasil olunur. Ancaq bu ölkələrin əksəriyyətində hasil olunan neftin həcmi çox azdır. Məsələn, qardaş Türkiyədə gündəlik neft hasilatı 53 min barelə bərabərdir və bu, dünya üzrə hasil olunan birgünlük xam neftin cəmi 0,06%-nə bərabərdir. Ümumiyyətlə, dünya üzrə gündəlik hasilatın 1%-dən çox neft hasil edən cəmi 23 ölkə var. Onların arasında Azərbaycan da yer alıb. Dünyada hasil olunan gündəlik xam neftin 1,2%-i Azərbaycanın payına düşür və bu göstərici ilə 23 ölkə arasında 21-ci yerdə qərarlaşıb. Benzin xam neftdən hazırlandığını nəzərə alsaq, o zaman neft hasil edən ölkələrdə benzinin daha ucuz olması lazımdır. Lakin apardığımız araşdırma göstərir ki, neft istehsal edən ölkələrdə də benzin fərqli qiymətlərə satılır. Ən çox neft hasil edən 23 ölkə arasında benzinin ən ucuz olduğu ölkə Venesuela hesab olunur. Bu ölkədə benzinin 1 litri cəmi 10 sentə bərabərdir. ikinci yerdə Liviya qərarlaşıb: 1 litr benzin 11 sent. Səudiyyə Ərəbistanı və Türkmənistan da benzinin ucuz olduğu ölkələr hesab olunur. Bu ölkələrdə benzinin 1 litri müvafiq olaraq 14 və 21 sent təşkil edir. Ən çox neft hasil edən 23 ölkə arasında Azərbaycan benzinin ucuzluğuna görə 15-ci sırada qərarlaşıb. Ümumilikdə isə Azərbaycan dünyada benzinin ən ucuz satıldığı 25-ci ölkə hesab olunur. Onu da qeyd edək ki, Azərbaycandan daha az neft hasil edən Türkmənistan, İndoneziya, Malaziya kimi ölkələrdə benzin daha ucuzdur. Azərbaycandan daha çox neft hasil edən Norveç, Böyük Britaniya kimi ölkələrdə isə benzin daha bahadır.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here