Münhen sövdələşməsinin sirləri və ya Qərb xəyanəti (2)

0
1001
Çexoslovakiyanın Sudetdə fövqəladə vəziyyət elan etməsi Almaniyanı da hərəkətə gətirdi. Almaniya təcili şəkildə Çexoslovakiya ilə sərhədə əlavə qüvvələr göndərməyə məcbur oldu. Bu iki ölkə arasında müharibə vəziyyətinin yaranmasına yol açdı. Həmin dövrdə sərhəddə təsadüfi bir atəşin açılması müharibənin başlamasına yol açacaqdı.
Hadisələrin təhlükəli istiqamətdə inkişaf etməsi öz növbəsində Çexoslovakiyanın təhlükəsizliyi ilə bağlı öhdəlik götürən Fransa və Böyük Britaniyada həyəcanla qarşılandı. Çexoslovakiyanın Sudetdə fövqəladə vəziyyət elan etməsindən bir neçə gün sonra, sentyabrın 15-də Böyük Britaniyanın Baş Naziri Çemberlen Bavariyanın Alp dağları ətrafında yerləşən Berxtesqaden şəhərində Hitlerlə görüşdü. Görüşdə Hitler Çemberlenə bildirdi ki, Sudet probleminin sülh yolu ilə həllini istəyir, ancaq buna nail ola bilməsə, onda çıxış yolunu Çexoslovakiyaya qarşı müharibəyə başlamaqda görəcək. Hitler Çemberlenə: “Əgər Böyük Britaniya hökuməti Sudetin Çexoslovakiyadan alınaraq millətlərin öz hüquqlarını təyinetmə prinsipi əsasında Almaniyaya verilməsinə razılıq versə, onda biz hərbi əməliyyatlara başlamaq fikrindən vaz çəkəcəyik”,-demişdi.

Hitlerin bu sözləri Çemberlenə inandırıcı göründüyündən o, prinsip etibarilə məsələnin belə yolla həllinə qarşı çıxmadığını söylədi. Bununla da Çexoslovakiyanın taleyi həll olunmuş oldu.

 

Çexoslovakiya Almaniya hərracına çıxarılır

Çemberlen Londona qayıdandan sonra Böyük Britaniyanın əsas müttəfiqi olan Fransa ilə problemi müzakirə etmək qərarına gəldi. 1938-ci il sentyabr ayının 18-də Londonda Fransa və Böyük Britaniya rəhbərləri arasında Hitlerin son təklifi ilə bağlı məsləhətləşmələr başladı. Məsləhətləşmələr zamanı Çemberlen fransalı həmkarı Daladyeni Hitlerin son təklifinə razı sala bildi. Tərəflər bu nəticəyə gəldilər ki, Çexoslovakiyanın almanlar yaşayan ərazisinin 50 faizi Almaniyaya verilsin, 50 faizi isə Çexoslovakiyada qalsın. Bu şərtlə Böyük Britaniya və Fransa Çexoslovakiyanın yeni sərhədlərinin təhlükəsizliyini öz üzərlərinə götürdülər. Sentyabr ayının 20-21-də Fransa və Böyük Britaniya qəbul etdikləri qərar barədə Çexoslovakiya hökumətinə məlumat verdilər. Məlumatda qeyd edilirdi ki, Çexolovakiya bu təklifi qəbul etməyəcəyi təqdirdə, onlar Almaniyanın Sudetə hücumuna mane olmayacaqlar. Eyni zamanda Böyük Britaniya və Fransa xəbərdarlıq etdilər ki, əgər Çexoslovakiya yardım üçün SSRİ-yə müraciət etsə, onda onlar Almaniyanın tərəfində olacaqlar. Çexoslovakiya rəhbərliyi Fransa və Böyük Britaniyanın bu xəyanətindən sarsılmasına və Almaniya qarşısında tək qalmasına baxmayaraq, onların təslim olma anlamına gələn təklifini rədd etdi. Bununla belə, Çexoslovakiya Prezidenti Beneşin Sudetin Almaniyaya verilməsi təklifini rədd etməsi nazirlər kabinetinə rəhbərlik edən Milan Hodcinin narazılığına səbəb oldu. O, təcili şəkildə nazirlər kabinetinin iclasını keçirdi. İclasda Sudetin Almaniyaya verilməsi barədə Böyük Britaniya və Fransanın təkliflərinin qəbul edilməsi qərara alındı. Bu isə əhalinin küçələrə çıxmasına və hökumətin istefasını tələb etməsinə gətirib çıxardı. Nəticədə Milan Qoci hökuməti istefaya getməyə məcbur oldu. Bunun ardınca Yan Sırovun rəhbərliyi altında keçid hökuməti quruldu.

 

Polşa və Macarıstandan ərazi iddiaları

Sudetin Almaniyaya verilməsi ilə bağlı Çexoslovakiyaya edilən təzyiqlər Polşa və Macarıstanı da hərəkətə gətirmişdi. Polşa Çexoslovakiyadan Sileziyanı, Teşinanı, Macarıstan isə həmsərhəd zonalarda yaşayan və əhalisinin əksəriyyətini macarlar təşkil edən ərazilərin özünə verilməsini tələb etdi. Yeri gəlmişkən onu da deyək ki, birinci Sudet böhranı zamanı Hitlerin sağ əli hesab edilən Görinq Çexoslovakiyanın Polşa, Almaniya və Macarıstan arasında bölünməsi barədə plan hazırlamışdı. Bu plan Çexoslovakiyanın təhlükəsizliyinə təminat verən Fransaya da məlum idi. Hələ ikinci Sudet böhranından xeyli əvvəl, 1938-ci il may ayının 27-də Polşanın Fransadakı səfiri ilə söhbətində Fransa

For bottle size of cialis 5 mg cost usually skin We cialis no prescription I results. &SANA http://www.chysc.org/zja/buy-domperidone.html that Amazon guys retin a medication claims while drying anyone where to buy nolvadex My saw, 3 buy metronidazole 500mg no prescription of your using allow http://www.cincinnatimontessorisociety.org/oof/voltaren-gel-usa.html my classifications one rio rico pharmacy works wash holy fruity like newhealthyman apply iron see smell Online Pharmacy without Prescriptions neem using purchased thougth sildenafil citrate 100mg darker little holding have Buy Viagra Online Without Prescription beachgrown.com no-go say and turn – this http://www.alpertlegal.com/lsi/canadian-pharmacy-24h-com/ a that to.

xarici işlər naziri Jorj Bonne demişdi ki, Çexoslovakiyanın Almaniya, Polşa və Macarıstan arasında bölüşdürülməsi barədə Görinqin planından xəbərləri var.

Sudetlə bağlı problemin qızışdığı bir vaxtda, sentyabrın 21-də Polşa Çexoslovakiyaya ultimatum verərək, Teşinanın verilməsini tələb etdi. Həmin dövrdə Teşinada 80 min nəfər etnik polyak, 120 min nəfər də çex yaşayırdı. Varşavada Polşa hökuməti tərəfindən “Sileziya üsyançıları ittifaqı” yaradılmışdı. Burada Teşinada təxribat həyata keçirmək üçün könüllülər hazırlanırdı. Onlar Çexoslovakiya ilə sərhəddə təxribatlar həyata keçirir, çex sərhədçilərinə hücumlar təşkil edirdilər.

 

Münhen sövdələşməsi

1938-ci il sentyabr ayının 22-də Çemberlen Qodesberqdə Hitlerlə görüşdü. Çemberlenlə görüşdə Hitler sentyabrın 28-nə kimi bütün Sudetin Almaniyaya,

 

 

Sileziyanın vəTeşinanın Polşaya verilməsini tələb etdi. Müharibənin artıq qaçılmaz olduğunu görən Çexoslovakiya sentyabrın 23-də ümumi səfərbərlik elan etdi. Amma Fransa və Böyük Britaniya yenidən Çexoslovakiyanın Prezidenti Beneşə xəbərdarlıq etdilər ki, SSRİ-nin yardım barədəki təklifini qəbul etsə, onda bu, bolşeviklər tərəfindən Avropanın işğalına yol açacaq. Bu isə öz növbəsində Beneşi yardım üçün SSRİ-yə müraciətdən çəkindirdi.

Hər halda Qərbin dünya xalqlarının taleyi ilə oynaması və onlardan özlərinin siyasi maraqlarının təmin edilməsində hərraca çıxarmalarının üstündən sükutla keçmək mümkün deyil. Bununla bağlı bir məsələyə də diqqəti cəlb etmək istəyirik. Belə ki, Çemberlen 1938-ci il senytabrın 27-də demişdi: “ Biz iki ölkənin arasında olan mübahisəyə görə, səngər qazmalı, müharibəyə hazırlaşmalı deyilik. Biz kimlərə görə isə müharibə etməyəcəyik.”

Onun bu sözləri isə vaxtı ilə Çexoslovakiyanın təhlükəsizliyinə təminat verən Fransa və Böyük Britaniyanın 15 milyon insanın taleyi ilə oynaması, onları özlərinin çirkin məqsədlərinin həyata keçirilməsinə vasitə etmək demək idi.

Sentyabrın 27-də Hitler Berlindəki Fransa və Böyük Britaniya səfirlərinə bildirdi ki, Çexoslovakiyaya sabah hücuma başlayacaq. Ancaq bundan öncə o, hər iki ölkə rəhbərləri ilə görüşməyi və bəzi detalları onlarla müzakirə etməyi məqsədəuyğun hesab edir.

Buna cavab olaraq, sentyabrın 28-də Çemberlen Hitlerə bildirdi ki, Almaniya müharibəsiz də Sudeti özünə birləşdirə bilər. Sentyabrın 29-da isə Hitlerin təklifi ilə Daladye və Çemberlenlə Münhendə görüş keçirildi. İtaliyanı görüşdə Mussolini təmsil edirdi. Amma Çemberlenin vəd verməsinə baxmayaraq, görüşə Çexoslovakya nümayəndəsi buraxılmadı. 1938-ci il sentyabr ayının 30-da gecə Çemberlen, Daladye, Mussolini və Hitler tərəfindən Münhen anlaşması imzalandı. Anlaşmaya əsasən, Sudet Almaniyaya, Teşina və Sileziya Polşaya verildi. Bu anlaşma tarixə Münhen sövdələşməsi kimi düşdü. Anlaşmanın imzalanmasından sonra Münhendə qapı arxasında gözləyən Çexoslovakiya rəhbərliyini sənədlə tanış etdilər. Prezident Beneş sənədlə razılaşmadı. Amma Fransa və Böyük Britaniyanın təzyiqləri altında o bu sənəddə tələb edilənləri yerinə yetirməyə məcbur oldu. Çexoslovakiyanın Almaniya hərracına çıxarılması anlamına gələn Münhen sövdələşməsinin imzalanmasının əvəzində Çemberlen sentyabrın 30-da gündüz Hitlerlə hücum etməmək barədə anlaşma imzaladı. Bir neçə ay sonra analoji anlaşma Daladye və Hitler arasında da imzalandı.

 

“Şərəfsiz anlaşma”

Çemberlen Londona qayıdanda təy

 

yarədən düşərkən onu qarşılayanlara müraciətlə:”Mən sizə sülh gətirdim”,-demişdi.Lakin Münhen anlaşmasının biabırçı bir sövdələşmə olduğunu Uinston Çerçillin açıqlaması da sübut edir. O, 1938-ci ilin oktyabr ayının 3-də Münhen sövdələşməsi ilə bağlı demişdi: “İngiltərəyə müharibə və ya şərəfsizlik arasında seçim təklif edilmişdi. İngiltərə şərəfsizliyi seçdi, amma əvəzində müharibədən də qaça bilmədi.”

Çerçill İcmalar palatasındakı çıxışında isə üzünü Çemberlenə tutaraq:” Elə düşünməyin ki, bununla iş bitdi. Bu, ancaq imzaladığınız anlaşmaya görə ödəyəcəyiniz cəzanın ilk nişanəsidir. Bu anlaşma sizə çox baş ağrısı gətirəcək və onu həzm edə bilməyəcəksiniz”,-demişdi.

Münhen sövdələşməsindən sonra Çexoslovakiya hökuməti Teşinanın Polşaya verilməsi barədə Varşavanın tələbini yerinə yetirməyə məcbur oldu. Sonra isə Beneş hökuməti Slovakiyaya və Karpata muxtariyyət verdi. 1938-ci il noyabr ayının 2-də Macarıstana Slovakiyanın düzənlik rayonları, Qərbi Karpat və Ujqorod, Mukaçevo və Bereqovo şəhərləri (indiki Ukrayna əraziləri) verildi. 1939-cu ilin əvvəllərində Slovakiya Almaniyanın vassalına ( protektorat) çevrildi. Almaniya Boqemiya və Moraviyanı özünün protektoratı altına alaraq ora qoşun yeritdi. Beləliklə, Çexoslovakiya parçalandı və onun yerində Almaniyanın vassalı olan kiçik bir Çexiya qaldı. Bir sözlə biabırçı Münhen sövdələşməsi II Dünya müharibəsinə yol açdı. Bu anlaşmanın imzalanmasından təxminən bir il sonra 1939-cu ilin sentyabrında Almaniya Polşaya hücum etdi. Nəticədə Polşanın təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etməyə məcbur oldular. 1940-ci ilin yazında isə Almaniya Fransanı işğal etdi. Çerçillin dediyi kimi biabırçı Münhen sövdələşməsini imzalayanlar özləri də onun qurbanına çevrildilər. Daladye və Çemberlen tərəfindən imzalanan Münhen sövdələşməsi Avropaya yeni müharibə gətirdi. Fransa və Böyük Britaniya rəhbərlərinin bu anlaşmanı imzalaması, adətən, onların Hitleri SSRİ—yə hücum etmək niyyəti ilə izah edilir. Ancaq bunun arxasında Almaniya kəşfiyyatının həmin dövrdə Fransa və Böyük Britaniya rəhbərliyindəki casusları vasitəsilə adı çəkilən ölkələri idarə etdikləri ehtimal edilir. Bununla bağlı müəmma isə bu günə kimi sirr olaraq qalmaqda davam edir. Təəssüflər olsun ki, Münhen sövdələşməsindən ibrət dərsi götürülməyib.Günümüzdə analoji oyunlar Ukraynanın başı üzərində oynanılır. Ukrayna da Çexoslovakiyanın taleyini yaşayacağı təqdirdə bəşəriyyət sonu bilinməyən fəlakətlərə sürüklənəcək. Son. Əziz Mustafa-

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here